Məhkəmə qərarları › İş №2(018)-1158/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1158/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1158/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “16 fevral 2023-cü il tarixli 207400 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 740 (yeddi yüz qırx) manat 74 qəpik borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 16 fevral 2023-cü il tarixdə, 207400 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 740,74 manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o,Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Hər bir vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. 2021 ci il tarixdə baş vermiş təbii fəlakət zamanı sayğac dirəyi aşmışdır. 16 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin Astara Elektrik stansiyasının xidmət sahəsinin əməkdaşları Astara rayonu, Şiyəkəran kəndində evdə yaşlı anası olan zaman fərdi yaşayış evinə aid işıq sayğacına baxış keçirmişlər. Əməkdaşlar sayğacı açıb aparmışlar. Bu barədə akt da tərtib etmişlər. Cavabdeh təşkilat tərəfindən 16 fevral 2023-cü il tarixdə, 207400 nömrəli akt tərtib olunmuş və həmin aktda güya çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. Bildirmək istəyir ki, o, sayğaca heç bir müdaxilə etməmiş. Əsassı; olaraq "xxxx" ASC-nin Astara ES tərəfindən 16 fevral 2023-cü il tarixdə 207400 nömrəli akt tərtib edilmiş və həmin aktda kənar xəttin aşkar edilməsi göstərilmişdir. Bunun nəticəsində isə güya işıq sayğacına müdaxilə olunduğ üçün itirilmiş işığın bərpası məqsədilə barəsində 740,74 manat məbləğind dəymiş ziyan hesablanmışdır.Qeyd olunanlara əsasən bildirmək istəyir ki, işıq sayğacına müdaxi olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərt olunan zaman iştikarım təmin edilməmiş, bundan xəbər tutub "xxxx" ASC-nin Astara ES-yə gedərək aktı əldə etmiş. Tərəfimdən işıq sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyim nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edilmədiyi halda,ona əlavə pul hesablanmışdır."xxxx" ASC-nin Astara ES-nin istehlakçının barəsində tədbir görməsi və istehlakçını məsuliyyətə cəlb etməsi kimi səlahiyyətləri yoxdur, buna görə də onların tərtib etmiş olduqları akt yazıldığı gündən etibarsız əqddir. 'Yuxarıda qeyd etdirdiklərimi nəzərə alıb cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 16 fevral 2023-cü il tarixdə, 207400 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 740,74 manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, 207400 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumat üçün bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********00475 olan X2 elektrik təsərrüfatına baxış keçirən zaman E.E.İ.Q-nın pozulması faktları aşkar edilmiş və müvafiq aktlar tərtib edilmişdir. Qeyd etmişdir ki, sözügedən aktın iddiaçı, yəni İddiaçı heç bir aidiyyatı yoxdur və bu səbəbdən də, o həmin aktın mübahisələndirilməsinə dair iş üzrə məhkəmədə iddiaçı qismində tərəf ola bilməz. Odur ki, İddiaçı sözügedən aktın mübahisələndirilməsinə dair subyektiv hüququ olmadığı üçün iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1976-cı il tarixdə anadan olmuşdur, Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, abonent kodu **********00475 olan istehlakçı X2 16 fevral 2021-ci il tarixli 207400 saylı aktdan görünür ki, elektrik sayğacı yükü hiss etmir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı abonent kodu **********00475 olan atası X2 elektrik təsərrüfatına tərtib edilmiş 16 fevral 2023-cü il tarixli, 207400 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta və qərara əsasən hesablanmış 740,74 manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “16 fevral 2023-cü il tarixli 207400 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 740 (yeddi yüz qırx) manat 74 qəpik borcun silinməsi tələbinə dair” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar