Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1168/2023 24.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar qızınun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə LNK04614 saylı 05 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1425 (bir min dörd yüz iyirmi beş) manat, 99 (doxsan doqquz) qəpik borcun, 0 (sıfır) manat cərimə borcunun, 34 (otuz dörd) manat, 26 (iyirmi altı) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış LNK04614 saylı 05 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2942 (iki min doqquz yüz qırx iki) manat, 99 (doxsan doqquz) qəpik dəyərində nisyə aldığı mala görə 100 (bir yüz) manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2842 (iki min səkkiz yüz qırx iki) manat, 99 (doxsan doqquz) qəpik olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə Optimal Elektronika MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 2842 (iki min səkkiz yüz qırx iki) manat, 99 (doxsan doqquz) məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Bu barədə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat, 66 (altmış altı) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, LNK04614 saylı “Nisyə alqı satqı müqaviləsi” və həmin müqaviləyə olan 01 saylı əlavədən görünür ki, cavabdeh 2942 (iki min doqquz yüz qırx iki) manat, 99 (doxsan doqquz) qəpik dəyərində nisyə aldığı mala görə 100 (bir yüz) manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2842 (iki min səkkiz yüz qırx iki) manat, 99 (doxsan doqquz) qəpik olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 118 (bir yüz on səkkiz) manat ödəmək şərtilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Optimal Elektronika MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 25 noyabr 2021-ci il tarixli, R-xx/xx-0137 saylı sazışdən görünür ki, Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 2842 (iki min səkkiz yüz qırx iki) manat, 99 (doxsan doqquz) qəpik məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 25 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 oktyabr 2021-ci il tarixli, LNK04614 saylı “Nisyə alqı satqı müqaviləsi” üzrə 25 iyun 2023-cü il tarixə "xxxx" QSC-nə 1425 (bir min dörd yüz iyirmi beş) manat, 99 (doxsan doqquz) borcun, 0 (sıfır) manat cərimə, ümumilikdə 1425 (bir min dörd yüz iyirmi beş) manat, 99 (doxsan doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh 05 oktyabr 2021-ci il tarixli, LNK04614 saylı “Nisyə alqı satqı müqaviləsi”-ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə borcunun olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat, 66 (altmış altı) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh LNK04614 saylı, 05 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1425 (bir min dörd yüz iyirmi beş) manat, 99 (doxsan doqquz) əsas borcun, 0 (sıfır) manat cərimə borcunun, cəmi 1425 (bir min dörd yüz iyirmi beş) manat, 99 (doxsan doqquz) qəpik və ödənilmiş dövlət rüsumu 34 (otuz dörd) manat, 66 (altmış altı) qəpik pul tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1168/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1168/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver