Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-117/2025 13.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının maraqlı tərəf Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1rşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 1950-ci il təvəllüdlü Astara rayonu Bala Şahağac kəndində anadan olmuş, ağır ifadə olunan anadangəlmə əqli gerilik diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olan X2 fəaliyyət qabiliyyətı olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X10 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizədə göstərmişdi ki, 02 oktyabr 1950-ci il tarixində Astara rayonunun Bala Şahağac kendində anadan olmuş X2 heç bir ailə üzvü olmadığından hazırda həmin kənddə qardaşı oğlu X6 himayəsində yaşayır Xeyrulla Məmmədov ağır ifadə olunan anadangəlmə əqli gerilik diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-eseb kabinetində dispanser qeydiyyatdadır və o fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.Qeyd olunduğu kimi, X4 qardaşı oğlu X12 ilə birlikdə Astara rayonu Bala Şahağac kəndində yaşayır. 02 oktyabr 1950-ci il təvəllüdlü Astara rayonu Bala Şahağac kəndində anadan olmuş, ağır ifadə olunan anadangəlmə əqli gerilik diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olan X2 fəaliyyət qabiliyyətı olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak eməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və onlardan məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə ərizəçi Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Astara rayon, İcra Hakimiyyəti tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli, 5-35/2-290/2024 saylı etibarnamənin surətindən görünür ki, Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 nümayəndə qismində iştirak etmək, qəbul edilmiş məhkəmə aktında şikayət vermək və məhkəmə aktının məcburi icrasını tələb etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 705 saylı rəyin nəticə hissəsindən aydın olur ki, yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X.M.Məmmədovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 705 saylı rəyini nəzərə alaraq, məhkəmə 02 oktyabr 1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 oktyabr 1950-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-117/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-117/2025
13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver