Məhkəmə qərarları › İş №2(018)-1182/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1182/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1182/2023 16.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X7 və X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8rşı “04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt üzrə hesablanmış 833 səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borcun **********02060 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8rşı “04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt üzrə hesablanmış 833 səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borcun **********02060 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X11 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akta əsasən ona hesablanmış 833 (səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borcun (cərimənin) əsassız hesab edilərək **********02060 nömrəli abuna hesabından silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara rayonu Siyəkü kəndində qeydiyyatda olmaqla, orada yaşayır. X2 03 sentyabr 2021-ci il tarixdə ölmüşdür. X11 əməkdaşları Nüsrət Nüsrətzadə, Rauf Rzayev və Araz Baxşıyev onun, ailə üzvülərinin və hal şahidlərinin iştirak olmadan 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt tərtib etmişlər ki, guya həmin evdə elektrik sayğacından kənar elektrik naqili aşkar etmişlər. Onlar həmçinin həmin akta qeyd etmişlər ki, guya yoxlamada 03 sentyabr 2021-ci il tarixdə ölmüş X2 iştirak etmiş, 04 iyul 2023-cü il tarixdə tərtib edilmiş həmin aktı imzalamaqdan imtina etmiş, onun izahatının akta əlavə edilməsi qeyd edilmişdir. Bunun isə baş verməsi mümkün deyildir. Bütün bunlar isə onu göstərir ki, həmin akt saxtadır. Belə ki, o, elektrik enerjisindən istifadəyə görə borcunu həmişə vaxtlı vaxtında ödəmişdir. Sonuncu dəfə də 03 iyul 2023-cü il tarixdə 20 manat ödəniş etmişdir. Hesab edir ki, 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt əsasız olaraq tərtib edilmiş, 833 (səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borc (cərimə) əsassız olaraq hesablanmışdır. Odur ki, əsassız hesablanmış borc (cərimə) **********02060 nömrəli abunə hesabından silinməlidir. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X11 əməkdaşları tərəfindən 04 iyul 2022-ci il tarixdə Astara rayonunun ərazisində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********02060 nömrəli abunə hesabına dair abonentə, X4 məxsus olan fərdi yaşayış evinə gedən ********** nömrəli sayğacdan kənar elektrik naqili aşkar etmişlər. Məlum olmuşdur ki, sayğacdan kənar elektrik naqili **********02060 nömrəli abonent istifadə etmişdir. ********** nömrəli sayğaca baxış isə videoçəkilişlə baş vermişdir. Ona görə də 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt tərtib etmişlər. Akt tərtib edilərkən abonent X5 aktı imzalamaqdan imtina etmişdir. X11 əməkdaşları edilən hərəkətlərini videogörüntülərə almışlar. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid X19 məhkəmə iclasında göstərdi ki, o, X12 işləyir. 04 iyul 2022-ci il tarixdə Astara rayonunun ərazisində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********02060 nömrəli abunə hesabına dair abonentə, X4 məxsus olan fərdi yaşayış evinə gedən ********** nömrəli sayğacdan kənar elektrik naqili aşkar etmişlər. Məlum olmuşdur ki, sayğacdan kənar elektrik naqili **********02060 nömrəli abonent istifadə etmişdir. ********** nömrəli sayğaca baxış isə videoçəkilişlə baş vermişdir. Ona görə də 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt tərtib etmişlər. Onlar evdə yaşayanlardan baxışda iştirak etmələrinə xahiş etsələrdə onlar iştirak etməmişlər. Məhkəmə baxışı iclasında iştirak edən şahid X10 da əsasən X19 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1989-cü il tarixdə Astara rayonu Siyəkü kəndində anadan olmuşdur və Astara rayonu Siyəkü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli aktdan məlum olur ki, baxış zamanı **********02060 nömrəli abunə hesabına dair abonentə məxsus olan evə gedən ********** nömrəli sayğacdan kənar en ölcüsü 6 mm olan elektrik naqili aşkar etmişlər. X1 qeyd edilən aktı imzalamaqdan imtina etməsi, onun izahatının akta əlavə edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 25 iyul 2023-cü il tarixli 1649 saylı arayışından məlum olur ki, X5 03 sentyabr 2021-ci il tarixdə bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildiriş xəbərnamələrindən aydın olur ki, **********02060 nömrəli abunə hesabına dair abonent tərəfindən 04 may 2023-cü il tarixdə və 03 iyul 2023-cü il tarixdə hər dəfə 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat elektrik enerjisi sərfiyyatına görə ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2023-cü il tarixli 489565 nömrəli protokoldan məlum olur ki, 19 iyul 2023-cü il tarixdə **********02060 nömrəli abunə kodu olan abonentə məxsus olan ********** nömrəli sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayonu Siyəkü kəndində **********02060 nömrəli abunə kodu olan abonentə, X4 dair abunə haqqında məlumatdan məlum olur ki, elektik enejisindən istifadəyə dair hesablanmış məbləğ, 13 iyun 2023-cü il tarixə 12,32 manat, 16 iyul 2023-cü il tarixə 17,20 manat və 26 iyul 2023-cü il tarixə isə 1,20 manat hesablanmışdır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, X11 əməkdaşları tərəfindən İddiaçı məxsus Astara rayonu Siyəkü kəndində yaşayış evi aid **********02060 nömrəli abunə hesabına dair abonentə, X4 məxsus olan fərdi yaşayış evinə gedən ********** nömrəli sayğacdan kənar elektrik naqili aşkar edilməsi barədə 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt tərtib etmişlər. Ancaq həmin akt tərtib edilərkən İddiaçı, onun ailə üzvülərindən heç kimin iştirak etməməsinə baxmayaraq, həmin aktdan guya yoxlamada 03 sentyabr 2021-ci il tarixdə ölmüş X5 iştirak etməsi, 04 iyul 2023-cü il tarixdə tərtib edilmiş həmin aktı imzalamaqdan imtina etməsi, onun izahatının akta əlavə edilməsi qeyd edilmişdir. Həmin yoxlama barədə olan videogörüntülərdə də başqa şəxsin iştirak etməsi eləcədə kənar elektrik naqilinin ********** nömrəli sayğaca aid olması məlum olmur. Həmçinin abunə haqqında məlumatdan məlum olur ki, ********** nömrəli sayğacı 2023-cü il üzrə həmin dövr ərzində mütənasib olaraq elektrik enerjisinin sərfiyyatını hesablamışdır və sayğac 19 iyul 2023-cü il tarixdə dəyişdirildikdən sonrakı ay üçün az sərfiyyatı hesablamışdır. İddiaçı hesab edir ki, ********** nömrəli sayğacdan kənar elektrik naqili mövcud deyildir. Onun mənzilində yaşayış yoxdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin halları rədd edən subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının təqsiri sübut olunmadığından cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8rşı “04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt üzrə hesablanmış 833 səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borcun **********02060 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt əsasında abonent kodu **********02060 olan, ********** nömrəli elektrik sayğacına hesablanmış 833 (səkkiz yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik borc (cərimə) silinsin. 04 iyul 2023-cü il tarixli, R 291592 nömrəli akt etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar