Məhkəmə qərarları › İş №2(018)-1185/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1185/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1185/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «451 (dörd yüz əlli bir) manat, 60 (altmış) qəpik məbləğində borcun ödənilməsinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh qarşı «451 (dörd yüz əlli bir) manat, 60 (altmış) qəpik məbləğində borcun ödənilməsinə dair» iddia verərək, Cavabdeh 21 iyul 2023-cü il tarixə kimi istehlak etdiyi 421 (dörd yüz iyirmi bir) manat, 20 (iyirmi) qəpik debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) xidmət haqqının, cəmi 451 (dörd yüz əlli bir) manat, 60 (altmış) qəpik məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsinin Astara rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********01260 olmaqla, 20 aprel 2015-ci il tarixli, 13919-20-15 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Astara rayonu, Çayoba kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə 21 iyul 2023-cü il tarixə 421 (dörd yüz iyirmi bir) manat, 20 (iyirmi) qəpik məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən iddiaçıya 421 (dörd yüz iyirmi bir) manat, 20 (iyirmi) qəpik məbləğində borcu olduğu barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı İB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2015-ci il tarixli, 13919 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, Cavabdeh keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməli idi. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli, SOCAR**********30490075X00007 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı İB Cavabdeh 21 iyul 2023-cü il tarixə 421 (dörd yüz iyirmi bir) manat, 20 (iyirmi) qəpik məbləğində debitor borcunun yaranması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21 iyul 2023-cü il tarixə kimi istehlak etdiyi 421 (dörd yüz iyirmi bir) manat, 20 (iyirmi) qəpik debitor borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) xidmət haqqısı olmaqla, cəmi 451 (dörd yüz əlli bir) manat, 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar