Məhkəmə qərarları › İş №2(018)-1224/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1224/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1224/2023 15.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə ASTK03886 saylı 11 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 644 (altı yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış ASTK03886 saylı 11 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 694 (altı yüz doxsan dörd) manat, 49 (qırx doqquz) qəpik dəyərində nisyə aldığı mala görə 50 (əlli) manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 644 (altı yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyəti tam olaraq öz üzərinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan 644 (altı yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqaviləyə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 % miqdarında dəbbə pulu ödəməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 0,40 (qırx) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, ASTK03886 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən və 01 saylı əlavədən görünür ki, cavabdeh 694 (altı yüz doxsan dörd) manat, 49 (qırx doqquz) qəpik dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 54 (əlli dörd) manat ödəmək şərtilə 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 11 aprel 2022-ci il tarixli ASTK03886 nömrəli zaminlik müqaviləsindən Cavabdeh2 "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, ASTK03886 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə borcun ödənilməsi barədə öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 14 aprel 2022-ci il tarixli, R-xx/xx-0200 saylı sazışdən görünür ki, Optimal Elektronika” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan 644 (altı yüz qırx doqquz) manat, 49 (qırx doqquz) qəpik məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 aprel 2022-ci il tarixli, ASTK03886 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə 11 iyul 2023-cü il tarixə "xxxx" QSC-nə 644 (altı yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik əsas borcu vardır. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11 aprel 2022-ci il tarixli, ASTK03886 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə borcunun olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 (otuz) manat, ,40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 644 (altı yüz qırx dörd) manat, 49 (qırx doqquz) qəpik manat borc və 30 (otuz) manat, 0,40 (qırx) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar