Məhkəmə qərarları › İş №2(018)-1225/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1225/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1225/2023 21.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X6 iddiaçı «İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı QSC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh1 və X2 müştərək qaydada «İddiaçı QSC-nin xeyrinə 1245 (min iki yüz qırx beş) manat və ödənilmiş 32 (otuz iki) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh1 arasında bağlanmış 40008528 saylı xx.xx.2022-ci il tarixli NisyəAlqı-satqı müqaviləsinə əsasən cavabdeh 1364.99 manat dəyərində nisyə aldığı mala görə 69.99 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1295 manat borcu isə müqaviləyəəlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb.İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 1295 manat məbləğində ki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçıMMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçıMMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə keçmişdir. Lakin, Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 20 fevral 2023-cü il tarixə «İddiaçı QSC-yə 1245 (min iki yüz qırx beş) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «İddiaçı QSCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat 45 (qırx beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2022-ci il tarixli, 40008528 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 1364.99 (min üç yüz altmıç dörd manat,doxsan doqquz qəpik) manat dəyərində Notebook Acer A317-53/17.3/i3SSD/4GB DDR4/Silver verilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2022-ci il tarixli, 40008528 saylı zaminlik müqaviləsindən görünür ki, X1 İddiaçı QSC qarşısında yaranmış öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti və İddiaçı QSC qarşısında Borcalanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1nun 11 iyul 2023-cü il tarixə 20 may 2019-cu il tarixli, 40008528 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1245 (min iki yüz qırx beş) manat borcu vardır. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun İddiaçı QSC-ə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat 45 (qırx beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və X2, müştərək qaydada, 20 may 2019-cu il tarixli, 40008528 saylı nisyə alqısatqı müqaviləsi üzrə 1245 (min iki yüz qırx beş) manat, dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat 45 (qırx beş) qəpik və 40 qəpik xidmət haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar