Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1232/2023 16.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ərizəçi və Ərizəçi1 nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə və Ərizəçi4 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə və Ərizəçi4 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünün Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə və Ərizəçi4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilərdən Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Məhkəmə baxışı iclasında iştirak etmədi. Məhkəmə hazırki mülki işə Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Ərizəçi və Ərizəçi1 nümayəndəsi (qızı) Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi1 və ailə üzvlərinin mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə, Astara rayonu Giləkəran kəndi ərazisində 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. Ailə başçısı kimi Ərizəçi1 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünə dair sənəd tərtib edilmişdir. Ailə üzvülərindən Kazımova (Rəhimova) Leyla Hüseyn qızı 29 fevral 2020-ci il tarixdə ölmüşdür. Astara rayon Aqrar İslahat Komissiyasının fərdi təsərrüfatlar üzrə vətəndaşların (DBF) siyahısında onun soyadı, adı və atasının adı səhv olaraq X5 qeyd edilmişdir. Əslində isə onların ailə üzvüləri arasında X5 adında şəxs olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının DƏMDX-nin 10 saylı ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Ərizəçi1 xx xxxxx 1936-cı ildə, Ərizəçi2 xx xxxxxxxx 1981-ci ildə, Ərizəçi3 xx xxxxxx 1970-ci ildə, Nümayəndə 04 avqust 1962-ci ildə və Ərizəçi4 xx xxxxxx 1976-cı ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X6 29 fevral 2020-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 22 iyun 2023-cü il tarixli arayışından məlum olur ki, Nümayəndə 04 avqust 1962-ci ildə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. Onun atası kimi Ərizəçi1, anası kimi isə X6 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsündən məlum olur ki, Ərizəçi1 mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə, Astara rayonu Giləkəran kəndi ərazisində 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İcra hakimiyyəti baçşçısının Astara şəhər İƏD üzrə nümayənəsinin 16 iyun 2023-cü il tarixli arayışından məlum olur ki, Ərizəçi1 təsərrüfatında və Astara şəhərində X5 adında şəxs yoxdur. Mülki işə əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş, Astara rayonu Giləkəran kəndi ərazisində 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünün fərdi təsərrüfatı üzrə ailə üzvülərinin DBF kadastr siyahısından Çıxarışdan məlum olur ki, həmin siyahıda Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X3, X2 və Ərizəçi4 adları qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçilər məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş, Astara rayonu Giləkəran kəndi ərazisində 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünün fərdi təsərrüfatı üzrə ailə üzvülərinin DBF kadastr siyahısında yanlışlıqların olduğu müəyyən edildi. Belə ki, həmin siyahıda Nümayəndə adı səhvən X1 qeyd edilmişdir. Ona görə də, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş, Astara rayonu Giləkəran kəndi ərazisində 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünün fərdi təsərrüfatı üzrə ailə üzvülərinin DBF kadastr siyahısının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə, X4 və Ərizəçi4 məxsus olması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş, Astara rayonu Giləkəran kəndi ərazisində yerləşən, 2997,56 kvadrat metr həyətyanı torpaq sahəsi barədə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı kitabında 21 noyabr 2009-cu il tarixdə 136 nömrə ilə uçota alınmış A № 229472 nömrəli torpaq sahəsinin plan və ölcüsünün fərdi təsərrüfatı üzrə ailə üzvülərinin DBF kadastr siyahısının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nümayəndə X4 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1232/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1232/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver