Məhkəmə qərarları › İş №2(018)-1239/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1239/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1239/2023 04.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı «mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı, Cavabdeh qarşı «mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə, verdiyi izahatında bildirdi ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzil onun mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən reyestr nömrəsi **********68-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 04 oktyabr 2022-ci il olan Çıxarış tərtib edilmişdir. Həmin mənzil oma atasından vərəsəlik qaydasında keçmişdir. Cavabdeh isə atasının faktiki nikah münasibətində olduğu şəxsdir. Atası öldükdən sonra ona həmin mənzildə müvvəqəti yaşamaq üçün icazə vermişdir. Cavabdeh həmin mənzildə qeydiyyatsız yaşayır. Ancaq Cavabdeh sonra həmin mənzildən çıxmamaqla yanaşı onu da həmin mənzilə buraxmır. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Odur ki, o, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil oğlu iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh əvvəllər mövcud olmuş Astara rayonu “Giləkəran” sovxozunda işləməsinə görə Astara rayonu “Giləkəran” sovxozunun 04 dekabr 1999-cu il tarixli 15 saylı iclasının protokoluna əsasən ünvan 5ən fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. Cavabdeh İddiaçı atası X3 ilə faktiki nikah münasibətinə girməklə evlənmiş və sonuncunun ölməsinə kimi bir yerdə, ünvan 5ən fərdi yaşayış evində yaşamışlar və o hal-hazırda da həmin evdə tək yaşayır. İddiaçı isə həmin evdə yaşamamışdır. ünvan 5ən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuş, İddiaçı onun savadsız olmasından istifadə edərək, onu aldadaraq, həmin evin ona bağışlanmasına dair olan 18 iyun 2004-cü il tarixli bağəşlanma müqaviləsinə imza etdirmişdir. Cavabdeh aldanmasını başa düşdükdən sonra məhkəməyə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli, 2-73 nömrəli qətnaməsinə əsasən 18 iyun 2004-cü il tarixli bağəşlanma müqaviləsi ləğv edilmişdir. Buna baxmayaraq İddiaçı 18 iyun 2004-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qeyd edilən fərdi yaşayış evinə öz adına çıxarış almışdır. Hesab edir ki, həmin çıxarış qanunsuzdur. Odur ki, iddianın rədd edilməsinə dair qətnaməqəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəməproses iştirakçısının izahatını dinləyib,iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmaqla, Bakı şəhəri, N.Rəfili küçəsi ev 5, mənzil 31-də yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən və şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh 08 aprel 1949-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dxaili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olur ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Mülki işə əlavə edilmiş 250 A nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən məlum olur ki, ünvan 5ən, 2 otaq, mətbəxdən ibarət, ümumi sahəsi 48 kvadrat metr, yaşayış sahəsi 23,2 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı adına 28 iyun 2004-cü il tarixdə 06 nömrəli reyestr kitabında 63-cü səhfədə, 250 A nömrə ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən reyestr nömrəsi **********68-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 04 oktyabr 2022-ci il olan Çıxarışdan məlum olur ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli, umumi sahəsi 46,7 kvadrat metr olan mənzil tam olaraq İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli, 2-73 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh xususi mülkiyyətində olan Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanda yerləşən, ümumi sahəsi 48 kvadrat metr, yaşayış sahəsi 23,2 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evinin İddiaçı bağışlanmasına dair olan 18 iyun 2004-cü il tarixli bağışlanma müqaviləsi ləğv eilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(018)-106/2020 nömrəli qətnaməsindən məlum olur ki, iddia tələbinin mərhum X2 miras qalmış və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında A 229673 nömrəsi ilə uçota alınmış «torpaq sahəsinin planı və ölçüsü» əsasında verilmiş Astara şəhəri N.Nərimanov küçəsi (əvvəlki adı ilə ünvan 3 ünvanında yerləşən 606,04 m2 həyətyanı torpaq sahəsinin iddiaçılar X4 və İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi hissəsi təmin edilmiş, iddia tələbi həmin torpağın üzərində yerləşən iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 m2 olan evin – miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və Astara şəhəri H.Əliyev prospekti (keçmiş N.Nərimanov küçəsi) 162 ünvanında yerləşən Cavabdeh adına 31 may 2004-cü ildə iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 m2 olan ev üçün verilmiş 250 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması hissədə təmin edilməmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli umumi sahəsi 46,7 kvadrat metr olan mənzil 04 oktyabr 2022-ci il tarixdən tam olaraq İddiaçı mülkiyyətindədir. Cavabdeh Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Göründüyü kimi mübahisələndirilən mənzil, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli, umumi sahəsi 46,7 kvadrat metr olan mənzil tam olaraq İddiaçı mülkiyyətindədir. Ona görə də iddia tələbinin onun mənzilə köcmə hissəsi təmin edilməlidir. Cavabdeh Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında qeydiyyatda olmaqla, orada olan fərdi yaşayış evində yaşayır. Həmin evin iddia çı tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin evə dair cavabdehin adına verilmiş 250 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzilə qeydiyyatı olmamaqla həmin mənzildə yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməməlidir. Əgər Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzil ilə ünvan 5ən fərdi yaşayış evi eyni daşınmaz əmlakdırsa da belə mülkiyyətçi kompensasiya verməklə onun çıxarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativhüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. «Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir». Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpasıüçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəməəvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmışşəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkləşüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdəöz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və işüzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından da görünür ki, iddiaçı 20 manat dövlət rüsumunu dövlət büdcəsinəödəmişdir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı, Cavabdeh qarşı «mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair» iddiası qismən təmin edilsin. İddiaçı Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzilə köçürülsün. İddia tələbi Cavabdeh Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildən çıxarılması hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar