Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1240/2024 25.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı Qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsilə müraciət edərək, X9 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə heç bir hüquqi əsaslar olmadan qərəzli formada ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1866 (min səkkiz yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik pulun onun abunə kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, qeyri-qanuni olaraq sayğacdankənar yeraltı kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin həmin borcu ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Lənkəran X8 İdarəsinin Astara xidmət sahəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə heç bir hüquqi əsaslar olmadan qərəzli formada ******* nömrəli akta əsasən 1866,24 manat cərimə ediblər. Həmin aktdan xəbərləri yoxdur. Tərəfindən qaz sayğacına müdaxilə olunmamışdır. Qaz sayğacı yaşadıqları fərdi yaşayış evindən aralıda küçədə, insanların gediş-gəliş yolunda quraşdırılmışdır. Küçədən keçən kənar şəxslər tərəfindən qaz sayğacına müdaxilədən qorunmasına nəzarət etmək mümkün olmamışdır. Qaz paylayıcısının əməkdaşları tərəfindən 10 gündən bir sayğaca baxış keçirilir və qaz sərfiyyatı barədə bildiriş yazılıb təqdim edilir. Əgər müdaxilə olunsaydı iştirakıla baxış keçirilərdi. Qaz sayğacına müdaxilə olunmayıb qanunsuz ziyan hesablanmışdır. X9 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə heç bir hüquqi əsaslar olmadan qərəzli formada ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1866 (min səkkiz yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik pulun onun abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsində yaşamaqla X9 İstismarı İdarəsinin Astara Xidmət Sahəsində **********06330 saylı hesabla abonent qeydiyyatındadır. Abonent göstərilən ünvanın qaz xəttində istifadədə olan sayğac quraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdankənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edimiş və həmin akt əsasında hesablanmış 1866 (min səkkiz yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik dəymiş ziyan hesablanmışdır. İddiaçı tərəfindən 2018-ci ildə də belə pozuntuya yol verilmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni sayğacdankənar istifadə etməsi əməkdaşlar tərəfindən video lentə alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, Qızdırıcı soba radsiator maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün, Qeyri-standart su qızdırıcısı maksimal saatlıq qaz 2m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması" Qaydalarına əsasən Lənkəran X8 İdarəsinin mütəxəssisləri tərəfindən "İtirilmiş qazın bərpası üzrə" İddiaçı abonent hesabında 15552 m³ olmaqla 1866 (min səkkiz yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı, Cavabdeh nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialına “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfinfən əlavə edilmiş CD diskindəki videoyazıdan görünür ki, İddiaçı sayğacdankənar yeraltı boru qaz xətti vasitəsilə qeyri-qanuni birləşmədən istifadə edərək qanunsuz olaraq təbii qazdan faydalanmışdır. İş materiallarında olan Cavabdeh İB X9 İstismarı idarəsi tərəfindən abonent Astara rayonu, Ərçivan kənd sakini İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, İddiaçı yeraltı keçiddə 57 mm polad borudan 15 mm rezin boru vasitəsilə qeyri-qanuni birləşmədən istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 15552 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********06330 nömrəli abonent istehlakçı İddiaçı aid abonentin saldosu sənədinin surətindən görünür ki, 40052275 nömrəli qaz sayğacı ilə bağlı 2023-cü il tarixə 1866 (min səkkiz yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik qalıq və aktar qeyd edilmişdir. İş materillarına əlavə edilmiş Astara RİHB-nın Ərçivan qəsəbəsi İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1122 saylı arayışından görünür ki, 1956-cı il təvəllüdlü Nəsirov X6 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materialında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamə sənədində qeyd edilən hüquqların həyata keçirilməsi X2 etibar edilmişdir. İş materillarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cü il tarixdə anadan olmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.3-cü maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1240/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1240/2024
25.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver