Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1248/2023 20.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1940-ci il təvəllüdlü X2 oİduğuna görə və ağıl zəifliyinə görə və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, bacısı X5 xx.xx.1940-ci il tarixdə Astara rayonu Kakalos kəndində anadan olmuşdur. O, təxminən 40 il bundan əwəl iki gözdən kor olmuşdur və hazırdada danışa bilmir. Onun hazırda 83 yaşı vardır. Sağlamlığımda olan qüsurlara görə öz hərəkətlərinin mənasını anlaya bilmir və kor olduğuna görə hərəkətlərini idarə edə bilmir. O, yataq xəstəsidir.X9 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti yoxdur. O, 40 ildir ki, xəstədir. Onun bütün xidmətlərini mən edirəm. Qeyd etdiyim səbəblərə görə özünü idarə edə bilmir,X5 ağıl zəifliyinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən hesb edirəm ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. xx.xx.1940-ci il təvəllüdlü X2 oİduğuna görə və ağıl zəifliyinə görə və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Astara rayonu, Kakalos kəndində yaşayır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Kakalos kəndində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1940-ci il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materiallarında olan əlillik haqqında vəsiqənin surətindən görünür ki,X5 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 4788 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X3 “dərin əqli gerilik” aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2905 nömrəli rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1940-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1248/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1248/2023
20.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver