Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1269/2023 23.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı 23 may 2023-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesak edilməsi, həmin akt əsasında 1440 kub. metr qaza görə hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Şahağacı kəndində yaşayıram. Hər bir vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 2023-cü il may ayında "Azəriqaz” X2 X5 İdarəsinin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonu, Şahağacı qəsəbəsində yerləşən fərdi yaşayışevimə aid G-4 markalı, ******* nömrəli qaz sayğacina baxiş keçirmiş, sayğacin zavod seriya nömrəsi yazılmış löhə yararsız vəziyyətə düşməsi vəhesablama mexanizminin qaz həcminin hesablamaması səbəbindən sayğacıaçıb aparmışlar. Bu barədə təbii qazdan istifadə qaydalarinin pozulmasi haqqında 23 may 2023-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və 1440m3 borc hesablanmişdir.Qeyd edirəm ki, mən sayğaca heç bir müdaxilə etməmişəm. Əsassız olaraq Cavabdeh Lənkəran X6 Ìdarəsi tərəfindən 23 may 2023-ci il tarixli, ******* nömrəli aktda sayğacın zavod seriya nömrəsi yazılmış löhə yararsiz vəziyyətə düşməsi və hesablama mexanizminin qaz həcminin hesablamaması göstərilmişdir. Bunun nəticəsindəisə güya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpasi məqsədi ilə 1440 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt imzam olmadan və onun iştirakı olmadan tərtib edilmişdir. Əlavə olaraq da qeyd etmək istəyir ki, o, istifadə etdiyi təbii qazın dəyərini hər ay davaml olaraq ödəmişdir. Qeyd olunanlara əsasən bildirmək istəyir ki, qaz sayğacına müdaxilə olunması barədə məlumati olmamış və müdaxilə olunubsa da belə onun tərəfindən müdaxilə olunmasi sübuta yetirilməmişdir. Tərəfindən qaz sayğacına müdaxilə edilməsi, onun təqsir hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın hesablama mexanizminin qazın keçməsini qeyd etməməsi və qaz sayğacının istismara yararsız olmasi müəyyən ediimədiyi halda mənə əlavə borc hesablanmışdır. Cavabdeh Lənkəran X5 İdarəsinin Astara Xidmət sahəsi işçilərinin istehlakçının barəsində tədbir görməsi və istehlakçınıməsuliyyətə cəlb etməsi kimi səlahiyyəti yoxdur. Buna görə də qeyd olunan akt tərtib edildiyi andan etibarsiz əqddir.“Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqinda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 2.7-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının vəya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və ya yaşayış sahəsinə qazən alği-satqisi barədəmüqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə qaz paylayıcısının, FHN-nin və SENnin səlahiyyətli nümayəndələri,onların təmsil etdiyi orqanın qazlaşdırılmış obyektə daxil olmaq icazəsi vəsəbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etməklə buraxıla bilər. Cavabdeh “Azəriqaz" X1 istifadəqaydalarinin pozulmasi haqında 23 may 2023-ci il tarixli, ******* sayli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 1440 m3 ziyanın və ziyana görə hesablanmiş 172.8 (bir yüz yetmiş manat səkkiz qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması 23 may 2023-ci il tarixli, ******* saylı nömrəli akta əsasən abonentin mənzilinə baxış keçirirkən, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətaya işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1440 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, İddiaçı məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün ay sonuna olan borcu 172 manat,60 qəpik hesablanmışdır. İş materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur. İş materillarına əlavə edilmiş Astara İHB-nın yanında Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Şahağacı kəndində yaşayır və orada qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 172 (yüz yetmiş iki) manat 80 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 172 (yüz yetmiş iki) manat 80 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1269/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1269/2023
23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver