Məhkəmə qərarları › İş №2(018)-128/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-128/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-128/2023 10.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeha qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Süleymanlı R.X iddia verərək:

1. 25 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********26724 Xiaomi Redmi 9T markalı telefon üçün 355 (üç yüz əlli beş) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə;

2. 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********68261 X1 9 markalı telefon üçün 366 (üç yüz altmış altı) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, ümumilikdə 792 (yeddi yüz doxsan iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdehdan alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 25 iyul 2021-ci il tarixli və 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********26724 Xiaomi Redmi 9T markalı telefon və İmei Kodu **********68261 X1 9 markalı telefon almış və nəticədə 792 (yeddi yüz doxsan iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 590 (beş yüz doxsan) manat, 80 (səksən) qəpik İmei Kodu **********26724 Xiaomi Redmi 9T markalı telefon üçün ümumilikdə 390 (üç yüz doxsan) manat olmaqla, ondan 355 (üç yüz əlli beş) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 35 (otuz beş) manat cərimə; 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 490 (dörd yüz doxsan) manat, 20 (iyirmi) qəpik İmei Kodu **********68261 X1 9 markalı telefon üçün ümumilikdə 402 (dörd yüz iki) manat olmaqla, ondan 366 (üç yüz altmış altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 36 (otuz altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 360 (üç yüz altmış) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 25 iyul 2021-ci il tarixli, 23249409 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei Kodu **********26724 Xiaomi Redmi 9T markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 25 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei Kodu **********68261 X1 9 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 25 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 355 (üç yüz əlli beş) manat əsas, cərimə 35 (otuz beş) manat, 25 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 366 (üç yüz altmış altı) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, cəmi 792 (yeddi yüz doxsan iki) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeha 25 iyul 2021-ci il tarixli və 25 noyabr 2021-ci il tarixli kredit müqavilələri üzrə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 25 iyul 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 35 (otuz beş) manat məbləğindəki dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində, 25 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 36 (otuz altı) manat məbləğindəki dəbbə pulu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehdan 25 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 355 (üç yüz əlli beş) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə, 25 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 366 (üç yüz altmış altı) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, ümumilikdə 726 (yeddi yüz iyirmi altı) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 25 iyul 2021-ci il tarixli müqaviləsi üzrə 32 (otuz iki) manat hissəsində, 25 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə 34 (otuz dörd) manat hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar