Məhkəmə qərarları › İş №2(018)-128/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-128/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-128/2024 18.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt üzrə hesablanmış 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borcun **********0156 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt üzrə hesablanmış 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borcun **********0156 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akta əsasən ona hesablanmış 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borcun (cərimənin) əsassız hesab edilərək **********0156 nömrəli abuna hesabından silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla, orada yaşayır. X1 əməkdaşları onun, ailə üzvülərinin xəbərləri və iştirak olmadan 04 iyul 2023-cü il tarixdə ona məxsus olan evə aid sayğaca baxış keçirmişlər və sayğacı açıb aparmışlar. Sonra isə hər hansı hal şahidlərinin iştirak olmadan 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt tərtib etmişlər ki, guya həmin evdə elektrik sayğacında alt qapaq möhürü olmamış və giriş xətti 2 yerdən zədəli olmuşdur. Habulki bunlar həqiqəti əks etdirmir. Həmçinin elektrik sayğacına baxış zamanı videoçəkilişdən istifadə edilməmiş və ya hal hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bütün bunlar isə onu göstərir ki, həmin akt saxtadır. Belə ki, o, elektrik enerjisindən istifadəyə görə borcunu həmişə vaxtlı vaxtında ödəmişdir. Hesab edir ki, 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt əsasız olaraq tərtib edilmiş, 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borc (cərimə) əsassız olaraq hesablanmışdır. Odur ki, əsassız hesablanmış borc (cərimə) **********0156 nömrəli abunə hesabından silinməlidir. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsi səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə Astara rayonu Pensər kəndində anadan olmuşdur və Astara rayonu Pensər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli aktdan məlum olur ki, baxış zamanı **********0156 nömrəli abunə hesabına dair abonentə məxsus olan evə gedən 68846436 nömrəli sayğacda alt qapaq möhürü olmaması aşkar etmişlər. Abonent İddiaçı qeyd edilən aktı imzalamaqdan imtina etməsi, onun izahatının akta əlavə edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişindn məlum olur ki, **********0156 nömrəli abunə hesabına dair abonent İddiaçı 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borcu vardır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, X1 əməkdaşları tərəfindən İddiaçı məxsus Astara rayonu Pensər kəndində yaşayış evi aid **********0156 nömrəli abunə hesabına dair abonentə, İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən 68846436 nömrəli sayğacdan kənar elektrik naqili aşkar edilməsi barədə 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt tərtib etmişlər. Ancaq həmin akt tərtib edilərkən İddiaçı, onun ailə üzvülərindən heç kimin iştirak etməməsinə baxmayaraq, həmin aktda guya aktı imzalamaqdan imtina etməsi, onun izahatının akta əlavə edilməsi qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında aydın oldu ki, qeyd edilən elektrik sayğacına baxış zamanı videoçəkilişdən istifadə edilməmiş və ya hal hal şahidlərinin iştirakı təmin edilməmişdir. İddiaçı hesab edir ki, 68846436 nömrəli sayğacdan qeyd edilən nöqsanlar olmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməməklə həmin halları rədd edən subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının təqsiri sübut olunmadığından cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt üzrə hesablanmış 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borcun **********0156 nömrəli abunə hesabından silinməsi və 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt əsasında abonent kodu **********0156 olan, 68846436 nömrəli elektrik sayğacına hesablanmış 323 (üç yüz iyirmi üç) manat, 97 (doxsan yeddi) qəpik borc (cərimə) silinsin. 04 iyul 2023-cü il tarixli, R 291594 nömrəli akt etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar