Məhkəmə qərarları › İş №2(018)-1290/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1290/2025

18.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1290/2025 18.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayon Ərçivan qəsəbəsində xx.xx.1996ci il təvəllüdlü X5 psixi qüsurlarına görə fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, xx.xx.1961-ci il təvəllüdlü X6 ərizəçinin doğma bacısıdır. Ceyran Fəttayeva anadangəlmə ağır ifadə olunan əqli gerilik, qulluq və nəzarət tələb edən ciddi davranış pozuntusu səbəbilə ruhi-əsəb kabinetində qeydiyyatda durur. Bu hal Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-26/3- 2208/2025 nömrəli arayışla təsdiq olunur. Beləliklə, Ceyran Fəttayevanın qeyd olunan xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti yoxdur. Ona ərizəçi tərəfindən qulluq göstərilir. Məhz bu səbəbdən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qiymətləndirilməsi zəruridir. Astara rayon Ərçivan qəsəbəsində xx.xx.1996-ci il təvəllüdlü X5 psixi qüsurlarına görə fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 4248 saylı rəyin nəticə hissəsindən aydın olur ki, l. Motivləşdirici hissə. Yuxanda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəliram ki, X1 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkan yaşlarından kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, Astara Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-e kabinetində dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə praktiki olaraq daxil olmaması, kobud davranış pozuntularının qeyd olunması, yaddaş və intellektinin aşağı olması, emosional iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkama psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: psixiatrik 1-ci sual: X2 psixi vəziyyəti necədir? Cavab: X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 2-ci sual: X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilirmi? Cavab: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Astara RİHB Ərçivan qəsəbə İƏDÜN-nin 598 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 qızı Astara rayonu, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə, Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 15364584 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə, Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 4248 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1966-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 yanvar 1966-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar