Məhkəmə qərarları › İş №2(018)-1294/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1294/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1294/2025 02.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunu katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin Lənkəran ərazi İdarəsi, Maraqlı şəxs2 və X8 maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin Lənkəran ərazi İdarəsi, Maraqlı şəxs2 və X8 maraqlı şəxs qismində cəlb edilməklə «sənədin şəxsə məxsus olması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan JN074B KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 deyil də Zəkiyeva (Cəfərova) Heyran Baldadaş qızına məxsus olması faktının müəyyən olunması və mülkiyyət hüquqi əsasında adına dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o X16 xx.xx.1966-cı ildə Astara rayonu Şahağacı kəndində anadan olmuşdur. 1988-ci ildə X30 ilə rəsmi nikaha girərək ərinin soyadını qəbul etmişdir. Hazırda o ailə üzvlərilə birgə Astara rayon Şahağacı kəndində yaşayırlar. Azərbaycan Respublikasında keçirilən torpaq islahatı ilə əlaqədar Astara rayon Şahağacı kəndində mərhum atası, anası və 4 nəfər ailə üzvlərinə 0.20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi adlarına JN:074B saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsi JN 074B saylı Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair Şəhadətnamə ilə adlarına rəsmiləşdirilməsinə baxmayaraq müəyyən subyektiv səbəblərdən səlahiyyətli orqanlar tərəfindən səhvən torpaq şəhadətnaməsində adı Zəkiyeva (Cəfərova) Heyran Baldadaş qızı əvəzinə X7 yazılmışdır. Torpaq şəhadətnaməsində adı qeyd olunan şəxs onların ailə üzvü olmamaqla yanaşı, yaşadıqları kənddə də belə bir vətəndaş yoxdur. Belə olan halda onlara verilmiş JN 074 B saylı dövlət şəhadətnaməsinə əsasən torpaq sahəsində tikdirdiyi evdə yaşamağına və həmin torpaq sahəsindən istifadə etməyinə baxmayaraq torpaq üzərində sərəncam və mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə iclasında Ərizəçi «sənədin şəxsə məxsus olması» barədə ərizəsinə dəqiqləşmə ərizəsi verərək ərizədə qeyd edilmiş JN074B KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 deyil də Zəkiyeva (Cəfərova) Heyran Baldadaş qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs2 teleqramla məhkəməyə müarciət edərək bildirmişdir ki, adlarına olan JN074B KOD 80112018 Şəhadətnamədə adı qeyd olunan X22 adında şəxs onların ailə üzvlərində olmamışdır. Həmin şəxsin adının yerində əslində X16 yazılmalıdır. Üzürlü səbəblərdən məhkəmə iclasına gələ bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını və verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin Lənkəran ərazi İdarəsinin nümayəndəsi və X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X4 rayonu, Şahağacı kəndində doğulmuşdur. X5, anası X9r. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2025-ci il tarixli Arayışdan görünür ki, X30 ilə X16 arasında Astara rayonunun Şahağacı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1988-ci il tarixdə 61 saylı nikah aktı qeydi tərtib edilmişdir. Nikah qeyd edildikdən sonra arvada Zəkiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş JN074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarına əsasən 0,20 ha torpaq sahəsi Astara rayonu Şahağacı kənd sakinləri X11, X18, X8, Maraqlı şəxs2, X19, X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Şahağacı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 180 saylı arayışından görünür ki, Zəkiyeva X6 icra nümayəndəliyində qeydiyyatdadır və hazırda Şahağac kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Şahağacı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 179 saylı arayışından görünür ki, Şahağac kənd icra nümayəndəliyin təsərrüfatbaşına kitabında X22 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Şahağacı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 255 saylı arayışından görünür ki, mərhum X13 məxsus JN-074B nömrəli şəhadətnaməyə əsasən həmin torpaq sahəsində olan fərdi yaşayış evində qızı Ərizəçi yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 14 iyul 2025-ci il tarixli 3-21-3- 43/2-7-00xx-xx/2025 saylı məktubundan görünür ki, ərizəsinə müvafiq akt tərtib olunmaqla qanunvericiliyin tələblərinə uyğun baxılmaı olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci madəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxs hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin). Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi Zəkiyeva (Cəfərova) Heyran Baldadaş qızının adı, ata adı JN-074B nömrəli X2 əvəzinə X7 göstərilmişdir. Belə ki, AA******* saylı şəxsiyyət vəsiqəsindən, Astara RİHB-nın Şahağacı kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışlardan müəyyən edilmişdir ki, JN-074B nömrəli Şəhadətnamədə Zəkiyeva (Cəfərova) Heyran Baldadaş qızı əvəzinə X22 yanlış yazılmışdır. Astara rayonunun Şahağacı kəndində X22 adlı şəxs qeydiyyatda yoxdur. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında Astara rayonu Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarına əsasən Astara rayonu Şahağacı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair tərtib edilmiş JN 074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi Baldadş qızına məxsus olması faktı tam sübuta yetirilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarına əsasən Astara rayonu Şahağacı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair tərtib edilmiş JN 074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin hüquqmüəyyənedici sənədi başqa qaydada əldə edə bilmədiyindən, eləcə də, yəni müəyyən edilməsi tələb edilən hüquqi fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Astara rayonu Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarına əsasən Astara rayonu Şahağacı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair tərtib edilmiş JN 074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair X3 əvəzinə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar