Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1304/2023 23.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2022-ri a tarixfi, 000640 nömrəli müqaviə üzrə 1551 manat 44 qəpik pulun və 35,52 (otuz beş manat 52HfƏfnk) manat dövlət rüsumunun Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən iddaçı “Prestij Home' MMC-yə (direktor Elvin Nəzərov) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək , iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı MMC iddia ərizəsində göstərmişdi ki, sahibkarlıq fəaliyyəti göstərən "xxxx" MMC Cavabdeh2 ilə bağlanmış, 20 iyul 2022- ci il tarixli, 000640 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı - satqı müqaviləsinə əsasən müqavilənin predmeti bir ədəd 1022 (bir min iyirmi iki manat 00 qəpik) məbləğində Paltaryuyan Samsung təşkil edir.Müqaviləyə əsasən alıcı 1022 manat məbləğində borcu hissə-hissə olaraq 18-ay müddətinə aylıq ödəniş 57 Əlli yeddi) manat olmaqla hər cari ayın 25 tarixədək "satıcının" hesabına nağd və ya nağdsız qaydada ödəniş edir. Həmçinin ödəniş vaxtı, məbləği və müddəti bu müqaviləyə edilmiş 1-saylı ödəniş cədvəlində əksini tapır. Ödəniş tərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün ümumi borcun 1 faizi həcmində "satıcının" xeyrinə cərimə ödəyir.Müqavilənin 6.1-ci maddəsinə görə "alıcı" bu müqaviləyə və ödəniş cədvəlinə əsasən, əsas öhdəlik üzrə corcun ödənilməsi müddətləri ardıcıl iki dəfə pozulması nəticəsində (öhdəliyi yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə) "satıcı" borcun, ona dəyən zərərin və bununla bağlı çəkilmiş bütün xərclərinin ödənilməsi tələb edə bilər.Zamin borc alanın borc verən və ya satıcı qarşısında 20 iyul 2022-ci il tarixli, 000640 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə "borc verən və satıcıya olan kredit, ona hesablanməş faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində" borc verən və satıcıya dəyən zərərin (komission, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün "borcalanla" eyni həcmdə məsuliyyət daşıyır (Zamin müqaviləsinin 3.1-ci maddəsi).Qeyd edir ki. alıcı və zaminə xəbərdarlıq məktubu göndərilmiş, 000640 saylı, 20 iyul 2022-ci il tarixli nisyə alqı - satqı müqaviləsinə görə hər ay ödənilən 57 (əlli yeddi) manat ödənişə görə, 509 (beş yüz doqquz ) manat qalıq borcu olmaqla və gecikdirilmiş 102 (yüz iki) gün üçün hər günə görə ümumi qalıq məbləğinin 1 faizi həcmində 10,22-manat olmaqla 1042,44 manat cərimə xx.xx.2023-cü il tarixinə qədər cəmi 1551,44 (bir min beş yüz əlli bir manat 44 qəpik) ödəniş edilməsinə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubu borclu və zaminə göndərilsədə, onlar tərəfindən indiyə kimi heç bir ödəniş edilməmişdir.20 iyul 2022-ri a tarixfi, 000640 nömrəli müqaviə üzrə 1551 manat 44 qəpik pulun və 35,52 (otuz beş manat 52HfƏfnk) manat dövlət rüsumunun Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən iddaçı “Prestij Home' MMCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, borc şişirdilibdir. Digər Cavabdeh1 ilə boşanmışlar. Onun hazırki borcu ödəməyə maddi imkanı yoxdur. Onun kartından başqa ödəmələrə görə də pul tutulur. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmidir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 ilə bağlanılmış, 20 iyul 2022-ci il tarixli, 000640 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti bir ədəd 1022 (bir min iyirmi iki manat 00 qəpik) məbləğində Paltaryuyan Samsung Cavabdeh2 verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 18 ay müddətinə, aylıq ödəniş 57 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 35 (otuz beş) manat 52 qəpik dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 509 (beş yüz doqquz) manat əsas borc, 500 (beş yüz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 52 qəpik məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 509 (beş yüz doqquz) manat əsas borc, 500 (beş yüz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 52 qəpik məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1304/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1304/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver