Məhkəmə qərarları › İş №2(018)-131/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-131/2024

25.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-131/2024 25.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası barədə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh1 ilə 2002-ci ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 adlı 3 uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 anaları Cavabdeh1 yanında saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla onun mülkiyyət hüquqlarını pozur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında əsasən eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, 2002-ci ildə İddiaçıfaktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 adlı 3 uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi haqqında məhkəməyə məlumat verməmişlər. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1979-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 24 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(018)-527/2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 09 fevral 2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 anaları Cavabdeh1 yanında saxlanılmışdır. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi, məzildən çıxarılma barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) iddiaçı X3 cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, onların yaşayış sahəsindən çıxarılması tələbində haqlıdırmı; 3) cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı, hazırda qoyulmuş tələblə cavabdehlər həmin evdən çıxarıla bilərmi; Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçı və cavabdehin işin halları barədə izahatları, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Birinci hal (mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu) üzrə: Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi 24 iyul 2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** olmaqla dan keçməklə hazırda İddiaçı mülkiyyətindədir. İkinci və üçüncü hallar (iddiaçı X3 cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması tələbində haqlıdırmı;) üzrə; Məhkəmə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı oğlu Cavabdeh1 ilə 2002-ci ildə İddiaçıfaktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evində yaşamışlar. Bu müddətdə onların 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X4 adlı üç uşaqları anadan olmuşdur28 sentyabr 2020-ci il tarixli, 2(018)- 527/2020-ci saylı qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş və uşaqlar cavabdehin yanında saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 24 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər həmin evdə yaşayan zaman evin mülkiyyətçisi olmadığına görə iddiaçı ilə onların fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi İddiaçı vermişdir. Hazırda iddiaçı cavabdehin 3000 (üç min) manat kompensasiya müqabilində evdən istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Ancaq məhkəmə hesab edir ki, cavabdehlərə təklif edilən kompensasiyanın məbləği az hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı Cavabdeh1 qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı deyildir. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 3000 (üç min) manat məbləğdə kompensasiya ağlabatan olmamaqla, onun mənafeyinə uyğun deyildirş. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmaması qənaətinə gəlməyə əsas verir. Cavabdeh1 yaşayış sahəsindən istifadə etmək hüququna 3000 (üç min) manat pul verməklə, onun istifadə hüququna xitam verilməsi elə bir əvəzləşdirmədir ki, Cavabdeh1 iddiaçı X1 verdiyi kompensasiya hesabına əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşaya bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar