Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1318/2025 18.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2023-cü il tarixli, 000913 nömrəli müqavilə üzrə 1206 manat 50 qəpik pulun və 31 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmuna riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı "xxxx" MMC tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydalarına riayət edilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdehlərə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, həmin xəbərdarlıqlar göndərilən şəxs tərəfindən imzalanmamış, möhür vurulmamış, formal olaraq imzasız və möhürsüz iş materiallarına əlavə edilmişdir. Bu halda iddiaçı "xxxx" MMC tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydalarına riayət edilməməsini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iş materiallarına əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.6-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alındığından, iddiaçının ödədiyi 30 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1318/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1318/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver