Məhkəmə qərarları › İş №2(018)-132/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-132/2025

07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-132/2025 07.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı “miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı “miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı bildirdi ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş edir.Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Astara Rayon Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs X2 məhkəmə iclasında iştirak etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cimaddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(018)-132/2025 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı, 263-264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı “miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar