Məhkəmə qərarları › İş №2(018)-1357/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1357/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1357/2023 20.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və X1 katibliyi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, 04 avqust 2023-cü il tarixli Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1015,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə haırlıq iclası 19 oktyabr 2023-cü il il tarixdə keçirilərək məhkəmə baxışı iclasının keçirilməsi 06 noyabr 2023-cü il, 2 noyabr 2023-cü il tarixə və 16 noyabr 2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məlumat verilmişdir. Lakin İddiaçı cavabdehin nümayəndəsi məhkəmə iclasları barədə olan bildirişləri almasına baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan aldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (MPM-in 260.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə olan iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, ondan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar