Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1420/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu Ərizəçi “Veteran olma faktının ” müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, 17 avqust 1992-ci ildə həqiqi hərbi xitmətə çağrılmasını 1992-ci və 1993-cü il ərzində Ağdam uğrunda gedən döyüşlərdə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, birbaşa iştirak etməyinin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, ərzə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi 1992-ci ildən 1996-cı ilə Azərbaycan Respublikasının ordu sıralarında xitmət etməsinə görə müharibə veteranı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində göstərib ki, onun döyüş əməliyyatlarında iştirak etməsi müəyyən sənədlərlə təsdiq edilsə də, bu barədə hərbi biletində qeydlər aparılmamış və hərbi hissədən xaric olması barədə heç bir arxiv sənədi mövcud deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər ərizəçinin döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hərbi biletində müvafiq qeydin aparılmaması o demək deyil ki, onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədin başqa qaydada alınması mümkün deyil. Döyüş əməliyyatlarında iştirakla bağlı sənədlər, o cümlədən həmin döyüşlərlə bağlı sənədlər yalnız Ərizəçi hərbi biletindən ibarət deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən məhkəməyə verilmiş, onun hərbi döyüşlərdə iştirak etməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri və əsaslı hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hüquqlarının pozulmasını hesab edirsə, həmin quruma qarşı aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilı qəbul edilmiş və ünvanlandığı hüquqi və yaxud fiziki şəxs (şəxslər üçün müəyyən hüquqi nəticələr törədən qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatından görünür ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rayon şöbələri inzibati orqan statusundadır və bu Qərar Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “Veteran olma faktının” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1420/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1420/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver