Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1436/2025 11.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü, Astara rayonunun Züngüləş kəndində anadan olmuş X1 özünü müstəqil şəkildə idarə etməməsi səbəbilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, xx.xx.1983-cü ildə Astara rayonunun Züngüləş kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Onun qardaşı X4 xx.xx.1992-ci ildə Astara rayonunun Züngüləş kəndində anadan olmuşdur. xx.xx.2018-ci ildə X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Astara Rayon Şöbəsi tərəfindən Daun sindromu diaqnozu qoyulduğuna görə müddətsiz olaraq İ qrup əlillik dərəcəsi verilmişdir və hazırkı vaxta qədər onun himayəsindədir. X4 özünü müstəqil şəkildə idarə edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, xx.xx.1992-ci il təvəllüdlü, Astara rayonunun Züngüləş kəndində anadan olmuş X1 özünü müstəqil şəkildə idarə etməməsi səbəbilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3488 saylı rəyin nəticə hissəsindən aydın olur ki, 1. Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 "DAUN SİNDROMU NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ" (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (daun sindromu ilə doğulması, erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən ümumi xəstəliklə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi və s.), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahiran passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən suallann əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatlan açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir.psixiatrik İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: X1 psixi vəziyyəti necədir? Cavab: Yoxlanılan şəxs X2 "daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə" (F72.1) aşkar olunur. 2-ci sual: X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilirmi? Cavab: Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarında deyil. Onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Astara RİHB Səncərədi kənd İƏDÜN-nin 815 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Astara rayonu Züngüləş kəndində yaşayır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.1992-ci ildə Astara rayonu Züngüləş kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1992-ci il tarixdə Astara rayon Səncərədi ərazi nümayəndəliyndə 07 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə, Astara rayonu, Züngüləş kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ********* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1992-cı il tarixdə, Astara rayonu, Züngüləş kəndində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3488 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1992-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 yanvar 1992-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1436/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1436/2025
11.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver