Məhkəmə qərarları › İş №2(018)-1438/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1438/2025

05.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1438/2025 05.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 Cavabdeh qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 Cavabdeh qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəs ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatını-şəxsiyyət vəsiqəsinin seriya nömrəsini (FİN) qeyd etməmişlər. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 Cavabdeh qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq alqı-satqısına dair müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 qoğlu və İddiaçı3 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar