Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-147/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi Huseinava Raziyanın iştirakı ilə, Ərizəçi Huseinava Raziyanın maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Huseinava Raziya ərizə ilə məhkəməyə müraciət edərək, Astara şəhərində xx.xx.1958-ci il tarixdə anadan olmuş. X9 xəstə olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçi Huseinava Raziya ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi Hüseinava Raziya ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə nikahlarını xx.xx.1980ci il tarixdə qeyd etdirməklə evlənmişlər hazıra kimi ər-arvad olaraq yaşayırlar. X5 2017-ci ildə insult keçirmişdir. Onun sağlamlıq imkanları məhduddur. Yataq xəstəsidir, onun başqasının daimi qulluğuna ehtiyacı vardır. X1 Astara rayon X4 şöbəsinin narkoloji kabinetində “Baş beyin qan dövranın pozulması. Sağ orta beyin arteriya hövsəsində işemik insult. Sol tərəfli hemiparez” diaqnozu ilə dispanser qeydiyyatındadır.X2 xəstəliyə görə fəaliyy; qabiliyyəti yoxdur, qeyd etdiyi kimi onun başqasının daimi qulluğuna ehtiyacı olduğundan ona o, xidmət edir. Fəaliyyət qabiliyyəti olmadığına görə hazır ki, tələb ilə məhkəməyə müraciət etməli olmuş. Əri müddətsiz birinci qrup əlildir. Astara şəhərində xx.xx.1958-ci il tarixdə anadan olmuş. X9 xəstə olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi Huseinava Raziyanı dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA3490775 seriya nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan Astara RMX X12 arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 Baş beyin qan dövranının pozulması. Sağ orta beyin arteriya hövzəsində işemik insult. Sol tərəfli hemiparez mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 95 saylı rəyin nəticə hissəsindən aydın olur ki, yoxlanılan şəxs X7 “DEMENSİYA (AĞİL ZƏİFLİYİ)” (F03) aşkar olunur. Bunu anamnestik məlumatlar (2 il qabaq insult keçirməsi bundan sonra psixi vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, nitqinin itməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışında ‘Sağ orta beyin arteriyası hövzəsində işemik insult. Sol tərəfli dərəcə” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələhnin İdarəetmə Birliyi “Astara Rayon Mərkəzi XəstəxanasTda “baş beyinin qan dövranının pozulması. Sağ orta beyində arteriyası hövzəsində işemik insult. Sol tərəfli hemiparez” diaqnozu ilə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan nəticələri (hazırki müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s.) sübut edir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının 18 yanvar 2024-cü il tarixli 95 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1958-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 sentyabr 1954-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-147/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-147/2024
12.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver