Məhkəmə qərarları › İş №2(018)-1500/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1500/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1500/2023 27.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh Lənkəran X8 sahəsi və Cavabdeh Lənkəran X8 sahəsinin Astara Xidmət sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran Regional Qaz stisman İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli ******* nömrəli akt üzrə nesablanmış 777 manat 60 qəpik **********07260 nömrəli abunə kodundan silinməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Lənkəran X8 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları X7, X6 və X5 31 avqust 2023-cü il tarixdə xəbərim və şahidləri iştirakı olmadan küçədə quraşdırıbmış qaz sayğavcına baxış keçirilmiş guya qaz sayğacına müdaxilə olunmuşdur deyə açıb aparmış və yenisi ilə əvəz edilmişdir. Bundan sonra G-4 markalı 1057250' nömrəli qaz sayğacı yoxlamaqdan keçirilməsi üçün “Azəriqaz stehsalat X1 göndərilmişdir Sənaye və məişət qaz sayğaclarını Kahbirləmə labaratoriyasının Qa; sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5 8721/Q001 nömrəli Aktına əsasən G-4 markalı 10572501 nömrəl sayğaca ümumi baxış keçirilmişdi. Sayğacın hesablama mexanizm qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cizig izlər müəyyən edilmişdir. Sayğacda bu qüsura görə qaz itkis hesablanmışdır. İtirilmiş qaza görə 6x12x9=6480 kubmet ziyar hesablanmışdır.Hesablanmış qaz itkisi ilə razılaşmıram. Belə ki, qaz sayğacıns nüdaxilə olunmamışdır, qaz sayğacının göstəricisinə əsasən yazılmış bildirişə görə hər ay ödəniş olunmuşdur. Qaz sayğacı küçədi quraşdırılmışdır. Biz küçədə quraşdırılmış qaz sayğacına nəzarə etməyə imkanımız yoxdur. Hər gün küçədən onlarla şəxs keçir, bel€ bir halda sayğaca nəzarət etmək mümkün deyildir. Əgər kənar şəxs :ərəfindən qaz sayğaıcna müdaxilə olunsa belə biz bunu görməmişik Bundan başqa qaz idarəsinin əməkdaşları hər on gündən bir qa2 sayğacına baxış keçirirlər, əgər müdaxilə olunsaydı onlar bunı görərdilər.Belə hal aşkar edilməmişdir.Cavabdeh Lənkəran Regional Qaz stisman İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli ******* nömrəli akt üzrə nesablanmış 777 manat 60 qəpik **********07260 nömrəli abunə kodundan silinməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması 31.08. 2023-cü il tarixli, ******* saylı nömrəli akta əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Suparibağ kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, 777,60 AZN İddiaçı məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün ay sonuna olan borcu 172 manat 80 qəpik hesablanmışdır. İş materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materillarına əlavə edilmiş Astara İHB-nın yanında Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Təngərüd kəndində yaşayır və orada qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Təngərüd kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Təngərüd kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar