Məhkəmə qərarları › İş №2(018)-1516/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1516/2025

15.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1516/2025 15.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Astara rayon Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı şəxslər Astara rayon Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. 15 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı, maraqlı şəxslər Astara rayon Notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişdirr. Məhkəmə iclasında cavabdeh X2 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh Şahməmmə oğlu işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən hesab edir ki, hazırki 2(018)-1516/2025 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh, maraqlı şəxslər Astara rayon Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar