Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1535/2025 18.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü qardaşı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Astara rayon İcra Hakimiyyətinin qəyyumluq və himayə komisyasına X4 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Astara rayonunun Siyaku kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü X9 müraciət edənin qardaşıdır. O, Astara rayonunun Siyaku İnzibati Ərazi Dairəsi üzrə Siyaku kəndində yerləşən fərdi yaşayış evində müraciət edən şəxslə birlikdə yaşayır. X9 birinci dərəcəli əlildir və Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində qeydiyyatda olmaqla mütəmadi olaraq müalicə alır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumata əsasən, X7 G80.0 kvadriparetik spastik iflic (uşaq serebral iflici), spastik tip, tetraplegik forma diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair sənədi ərizəyə əlavə edilmişdir. X9 anadangəlmə iflic xəstəsi olduğuna görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək qabiliyyətinə malik deyildir. O, öz hərəkətlərinə qiymət verə bilmir, onları dərk etmir və özünü idarə etmək imkanına sahib deyil. Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq, X9 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi X1 dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3397 saylı rəyin nəticə hissəsindən aydın olur ki, 1. Motivləşdirici hissə. X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalmış, nitqi inkişaf etməmiş, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qebul etməsi, sonralar Astara Rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələrdə olması, eqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, daim yataqda olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2014-cü il tarixdə müayinə edilərək "Uşaq serebral iflici, teraplegiya, yeriş və tutma funksiyasının pozulması" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qoyulmuş suallan aşağıdakı kimi cavablandırır. 1-ci sual: X4 psixi vəziyyəti necədir? 2-ci sual: X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilirmi? 1-ci və 2-ci suallara cavab: X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB Siyaku kənd İƏDÜN-nin 754 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Siyaku kəndində yaşayır. İş materiallarında olan Astara RİHB Siyaku kənd İƏDÜN-nin 764 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi və X9qardaşdır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3397 saylı rəyini nəzərə alaraq, məhkəmə 10 noyabr 1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 noyabr 1993-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1535/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1535/2025
18.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver