Məhkəmə qərarları › İş №2(018)-1578/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1578/2023

14.11.2023 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1578/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu Ərizəçi “daşınar əşyaların sahibsiz hesab eilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “daşınar əşyaların sahibsiz hesab eilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət X2 X3 məntəqəsinə aid zonada qalan daşınar əşyalar olan dəmir parçalarının sahibsiz hesab edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Astara Rayon Məhkəməsində baxılmalı olmadığından yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Beləki ərizədən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, ərizəçi Əliyev X1 şəhəri Ş.Qurbanov küçəsi ev 47-də yaşayır və o, ərizəni imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsaən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsaən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsaən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına və işin hallarına qiymət verən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarlmaqla, iddiaçıya hüquqi şəxsin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.1, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “daşınar əşyaların sahibsiz hesab eilməsi”nə dair ərizəsi Astara Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizənin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, müvafiq tələblə inzibati oraqana, sonra isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar