Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-170/2024 04.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (bacısı) Nümayəndə iştirakı ilə, Ərizəçi «mirasın qəbul edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması faktının müəyyən edilməsi, əmlakın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xitmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsinə dair» ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 92 nömrəli qərarına əsasən X3nun mülkiyyətinə verilmiş, Astara rayonu Kolatan kəndi ərazisində yerləşən, X14 kitabında 04 avqust 2009-cu il tarixdə 2 nömrə ilə uçota alınmış, A111777 nömrəli “Torpaq sahəsinin plan və ölcüsündə” qeyd edilən 1398,97 kvadrat metr olan X3nda miras qalmış həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlaka mülkiyyət hüquqlarının qeyd edilməsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xitmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi (bacısı) Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi (bacısı) Nümayəndə izahat verərək bildirdi ki, X3 Ərizəçi əmisidir. X3 arvadı X4 ilə 06 yanvar 1987-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahdan uşaqları olmamışdır. Onlar qardaşı oğulları Ərizəçi qeyri-rəsmi olaraq övladlığa götürmüşlər. X10 19 noyabr 2006-cı ildə, X4 isə 20 sentyabr 2013-cü ildə ölmüşlər. X4 onlara məxsus olan Astara rayonu Kolatan kəndində yerləşən 0, 14 hektar həyətyanı torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Onlar öldükdən sonra isə onlardan miras qalmış 1398,97 kvadrat metr həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Lənkəran ərazi idairəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X13 izahat verərək bildirdi ki, o, 05 yanvarl 1934-cü il tarixdə anadan olmaqla Astara rayonu, Kolatan kəndində yaşayır. Ərizəçi qonşu kimi yaxından tanımışdır. Mərhum əmisi X10 onu qeyri-rəsmi olaraq övladlığa götürmüşdür. X10 19 noyabr 2006-cı ildə, arvadı X4 isə 20 sentyabr 2013-cü ildə ölmüşlər. X4 onlara məxsus olan Astara rayonu Kolatan kəndində yerləşən 0, 14 hektar həyətyanı torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Onlar öldükdən sonra isə onlardan miras qalmış 1398,97 kvadrat metr həyətyanı torpaq sahəsinin Ərizəçi miras əmlak kimi qəbul etmiş, idarə etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X9 da şahid X13 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Rusiya Federasiyası vətəndaşının 31 yanvar 2017-ci il tarixli pasportundan məlum olur ki, Ərizəçi 24 iyul 1971-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 06 noyabr 2023-cü il tarixli 3086 saylı arayışından məlum olur ki, X10 oğlu ilə X4 arasında nikah 06 yanvar 1987-ci il tarixdə 02 saylı akt qeydi ilə rəsmiləşmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətlərindən məlum olur ki, X10 oğlu 19 noyabr 2006-cı il tarixdə, X4 20 sentyabr 2013-cü ildə ölmüşlər. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Kakolos kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, X10 oğlu ilə, X4 evləndikdən sonra Ərizəçi ilə onlar ölən vaxta kimi onlarla birlikdə yaşamışdır. Onlar birgə yaşadıqları müddət ərzində və sonra həmin evin bütün komunal xərclərini Ərizəçi ödəmişdir. Mülki işə əlavə edilmiş 16 aprel 2010-cu il tarixli vəsiyyətnamədən Astara rayon İHB-nın Kakolos kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan məlum olur ki, X1 rayonu Kolatan kəndində yerləşən 0,14 hektar torpaq sahəsini və həmin 0,14 hektar torpaq sahəsində tikilmiş 3 otaqlı fərdi yaşayış evini qaynı oğlu Ərizəçi vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Kakolos kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan məlum olur ki, X1 rayonu Kolatan kəndində yerləşən 0,14 hektar torpaq sahəsini və həmin 0,14 hektar torpaq sahəsində tikilmiş 3 otaqlı fərdi yaşayış evini qaynı oğlu Ərizəçi vəsiyyət etməsinə dair 16 aprel 2010-cu il tarixli vəsiyyətnamə dəyişdirilmədən Astara rayon İHB-nın Kakolos kənd İƏD-si üzrə nümayəndəliyində saxlanılır. Mülki işə əlavə edilmiş X14 kitabında 04 avqust 2009-cu il tarixdə 2 nömrə ilə uçota alınmış, A111777 nömrəli “Torpaq sahəsinin plan və ölcüsündən” məlum olur ki, Astara Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 92 nömrəli qərarına əsasən X7 mülkiyyətinə 1398,97 kvadrat metr həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı məlum oldu ki, X14 kitabında 04 avqust 2009-cu il tarixdə 2 nömrə ilə uçota alınmış, A111777 nömrəli “Torpaq sahəsinin plan və ölcüsündə” qeyd edilən, Astara Rayon Aqrara İslahat Komissiyasısının 24 dekabr 1997-ci il tarixli 92 saylı qərarı ilə X7 mülkiyyətinə verilmiş və ondan miras qalmış, Astara rayon Kolatan kəndi ərazisində yerləşən 1398,97 kvadrat metr həyətyanı torpaq sahəsini miras əmlak kimi Ərizəçi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi miras qalmış torpaq sahəsində olan payı qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də, hazırki mülki iş üzrə miras əmlakı qəbul edən bir vərəsə - Ərizəçi vardır. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları, vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməsi, vərəsə Ərizəçi miras əmlakdan faktiki olaraq istifadə etməsi onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsənin konkret hərəkətləri və rəftarı mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, Ərizəçi vərəsə kimi mirası qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi təmin edilsin. X2 miras qalmış, Astara rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 92 nömrəli qərarı ilə Astara rayonu, Kolatan kəndi ərazisində yerləşən, X14 kitabında 04 avqust 2009-cu il tarixdə 2 nömrə ilə uçota alınmış, A111777 nömrəli “Torpaq sahəsinin plan və ölcüsündə” qeyd edilən, 1398,97 kvadrat metr həyətyanı torpaq sahəsini Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-170/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-170/2024
04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver