Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-171/2025 03.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh Lənkəran X14 İdarəsi və Cavabdeh Lənkəran X14 İdarəsinin Astara xidmət sahəsinə qarşı “ akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh Lənkəran X14 İdarəsi və Cavabdeh Lənkəran X14 İdarəsinin Astara xidmət sahəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” X6 X12 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 avqust 2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 216 (iki yüz on altı) manat vəsaitin **********04650 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getdiyində məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Astara rayon Kakalos kəndində anadan olmuşdur. 1992-ci ilə kimi Kakalos kəndində yaşamış və həmin ildən Rusiya Federasiyasına getmişdir. Hazırdada Rusiya vətəndaşı olmaqla qeyd etdiyi ünvanda yaşayır. Onun Kakalos kəndində də fərdi yaşayış evi vardır. Ailəsi ilə birlikdə Rusiya Federasiyasının Noyabrski şəhərində olmasına baxmayaraq "Azəriqaz” X3 X12 İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları X10, X9 və X11 27 avqust 2021-ci il tarixdə onların və şahidlərin iştirakları olmadan küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş guya qaz sayğacına müdaxilə olunmuşdur deyə qaz sayğacı çıxardılıb aparılmışdır. X19, markası G-4 nömrəsi **********2 olan sayğac quraşdırılmışdır. Çıxarılan qaz sayğacı dövlət yoxlanılmasından keçirilməsi üçün Dövlət Nef Şirkətinin "Azəriqaz” X2 Departamentinə göndərilmişdir. Sayğaca baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucusu qapağına vurulan zavod qurğuşun plomb kəsilmişdir. Bu qüsura görə qaz itkisi hesablanmışdır. İtirilmiş qaz 4x6x90-2160 kubmetr hesablanmışdır. Hesablanmış qaz itkisi il razılaşmır. Belə ki, o, ailə üzvləri ilə birlikdə xx.xx.2019-cü il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikasıda olmamışlar. O cümlədən Kakalos kəndində olmamış, Rusiyada olmuşlar. Cavabdehin əməkdaşları Respublikanın ərazisində olmamalarına baxmayraq saxtakarlıq edərək guya iştirakları ilə 27 avqust 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə 03100936 nömrəli akt yazmışlar və guya o, akta imza etməkdən imtina etmişdir. Bu özü-özlüyündə təsdiq edir ki, tərtib edilmiş akt həqiqətə uyğun deyildir. Bundan başqa qaz sayğacı küçədə quraşdırılmışdır. Onlar tərəfindən qaz sayğacına müdaxilə olunmamışdır. Əgər kənar şəxs tərəfindən qaz sayğacına müdaxilə olunubsa bundan xəbərləri olmamışdır. Cavabdeh "Azəriqaz” X3 X12 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 avqust 2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 216 (iki yüz on altı) manat vəsaitin **********04650 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh, Cavabdeh Lənkəran X14 İdarəsi və Cavabdeh Lənkəran X14 İdarəsinin Astara xidmət sahəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh, Cavabdeh Lənkəran X14 İdarəsi və Cavabdeh Lənkəran X14 İdarəsinin Astara xidmət sahəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh, Cavabdeh Lənkəran X14 İdarəsi və Cavabdeh Lənkəran X14 İdarəsinin Astara xidmət sahəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı ərizəsini nəzərdən keçirib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent Astara rayonu, Kakolos kənd sakini X4 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2021-ci il tarixli ******* saylı nömrəli akta əsasən, qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmişdir. İş materialına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, “Elester G- 4” markalı ******* nömrəli sayğac çıxarılmış “Zenner G-4” markalı **********2 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, X4 məxsus Astara rayonu, Kakolos kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materialına əlavə edilmiş **********04650 nömrəli abonent X5 aid anonentin saldosundan görünür ki, 2021-ci ilin avqust ayına 216 (iki yüz on altı) manat qalıq və aktar qeyd edilmişdir. İş materillarına əlavə edilmiş İddiaçı pasport sənədinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2022-ci il tarixdə geri qayıtmışdır. İş materillarına əlavə edilmiş MYİ0****** seriya və nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuşdur. İş materillarına əlavə edilmiş Astara RİHB-nın Kakalos kənd İƏDÜN-nin 640 saylı xx.xx.2024cü il tarixli arayışından görünür ki, X1 rayonu, Kakalos kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 6.5-2-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin qanunun 6.5-4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsin düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Kakalos kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Kakalos kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-171/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-171/2025
03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver