Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1740/2025 05.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçılar X35 və İddiaçı3 nümayəndəsi İddiaçı2, onun nümayəndəsi və vəkili X8, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Astara rayon Notariat ofisinə qarşı “hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Astara rayon Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Pensər kəndində yerləşən fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Cavabdeh2 adına Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh3 adına olan Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən 2022-ci il tarixli çıxarışın ləğv edilməsinə, X22 mülkiyyətinə JN-245A olan mülkiyyətə verilmiş torpaq sahəsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzrə vərəsəlik hüququnun tanınmasına, iddiaçılar İddiaçı1, İddiaçı2 və ünvan 1ində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına, İddiaçı2 və İddiaçı3 miras əmlaka dair vərəsəlik hüququnun tanınmasına və vərəsəlik şəhadətnaməsinin verilməsinə, 100 manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev X34 rayonunun Pensər kəndində yaşayır. İddiaçı1 Cavabdeh2 gəlini, İddiaçı2 və İddiaçı3 nəvələridir. İddiaçı1 Cavabdeh2 Yahya oğlunun mərhum oğlu X36 ilə faktiki nikah münasibətlərində olmuşdur. 1998-ci il tarixdə evlənmiş, faktiki nikahdan xx.xx.1999ci ildə İddiaçı2, xx.xx.2002-ci ildə İddiaçı3 doğulmuşlar. İddiaçı1 ilə X52 qızının rəsmi nikaları olmamışdır. Faktiki nikah münasibətlərindən doğulmuş İddiaçı2 və İddiaçı3 atalığı müəyyən edilmiş və bu barədə arayışlar iddia ərizəsinə əlavə edilir. X36 iyun 1968-ci ildə doğulmuş, vəfat edənə kimi 2011-ci il tarixədək ailəsi ilə birlikdə Astara rayonunun Pensər kəndində təsərrüfatbaşına kitabda qeydiyyatda olmuş, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş evdə yaşamaqla 0.18 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Bunlara əsasən X22 yaşadığı evdən və torpaq sahəsinə "mülkiyyət gözləntisi olmuş, ev və torpaq sahəsi Cavabdeh2 Yahya oğlunun mülkiyyətinə veriləndə bunlar araşdırılmamış, vərəsəlik şəhadətnaməsi Cavabdeh2 adına verilməklə, X22 vərəsəsi ancaq atası Cavabdeh2 Yahya oğlu tanınmışdır. X22 İntiqam və Zeynəb adlı uşaqları vərəsə kimi tanınmamışlar. Bunlara əsasən Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ancaq Cavabdeh2 adına verilmişdir. Həmin əsaslara görə Cavabdeh2 adına verilmiş çıxarışın, Cavabdeh3 ev və torpaq sahəsinə dair Hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələb olunur. Halbuki, torpaq sahəsinə və evə dair çıxarış veriləndə təsərrüfatbaşına kitabda olan qeydiyyat barədə sənəd və torpağın mülkiyyətə verilməsinə daır şəhadətnamə təqdim edilmişdir. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-245A olan şəhadətnaməyə görə xx.xx.1998-ci il il tarixli, 04 saylı qərarı ilə Cavabdeh2 Yahya oğluna, X15, X28 0.18 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsində 1966-ci ildə tikilmiş fərdi yaşayış evi yerləşir. X36 rəhmətə gedənə kimi yəni 13.05. 2011-ci il tarixə kimi həmin fərdi yaşayış evində ailəsi ilə birgə yaşamış, torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Əliyev İdrak vəfat edəndən sonra fərdi yaşayış evində İntiqam və Zeynəb adlı uşaqları anaları ilə birlikdə həmin evdə yaşamış, hal-hazırda da həmin evdə yaşayır, başqa yaşayış evləri yoxdur. Astara rayonunun Pensər kəndində yerləşən fərdi yaşayış evini və 0,18 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə Hüquqların X27 Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyatdan keçirmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi qeydiyyatdan keçiriləndə X28 mənsub, mülkiyyətdə olan torpaq sahəsi Cavabdeh2un mülkiyyətinə verilməklə çıxarış verilmişdir. Bunlara əsasən Cavabdeh2 X28 mənsub, mülkiyyətdə olan torpaq sahəsinin və evi qızı Cavabdeh3 bağışlaması qanunsuz olmuşdur. Qeyd edirik ki, hal-hazırdada həmin evdə yaşamaqla həmin evdən istifadə hüququ qazanmışlar. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədər ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydə alındığından sonrada həmin evdə yaşayır, başqa yaşayış yerləri yoxdur. Onların fərdi yaşayış evində yaşamaqlarına Cavabdeh2 heç bir etirazı olmamışdır. Oktyabr 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cil maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Qanunun göstərişindən göründüyü kimi şəxsin evə yaşayış hüququnun tanınması üçün o, ya icarədarın ailə üzvü olmalı, və ya icarədər tərəfindən qeyd-şərtsiz mənzilə köçürülmüş digər şəxs olmalıdır. Hazırkı işdə iddiaçıların uzun müddət mübahisəli evdə mübahisəsiz yaşaması onu təsdiq edir ki, onlar, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş Cavabdeh2 tərəfindən qeydşərtsiz həmin evdə yaşayır və yaşadığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq onların mübahisəli evdən istifadə hüququ yaranmışdır. X36 2011-ci il tarixdə vəfat etmiş və həmin tarixdən sonrada onlar Cavabdeh2 tərəfindən X16 16 sentyabr 2022-ci il tarixli bağışlama müqaviləsi ilə bağışlanmış evdə yaşayırlar. Qeyd edirlər ki, 16 sentyabr 2022-ci il tarixli bağışlama müqaviləsindən sentyabr 2025-ci ildə məlumatları olmuşdur. Bunları Cavabdeh2 da təsdiq edə bilər. Yaşayış sahəsində istifadə hüququnun tanınması tələb etdiyi evə dair xx.xx.2021-ci il tarixdə Hüquqların X27 daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 Yahya oğlunun adına çıxarış verilmişdir. Hal-hazırda həmin ev və torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. X5 adına qeydiyyatdan 2022-ci il tarixdə keçmişdir. Qeyd edirlər ki, Cavabdeh2 fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsini Cavabdeh3 bağışlananda evdə digər şəxslərin yaşadığı araşdırılmamışdır. Bunlarda daşınmaz əmlakın yüklü olmasını təsdiq etsədə bağışlama müqaviləsi bağlanmışdır. Halbuki həm evdən, həm də, torpaq sahəsində iddiaçıların payı olduğu arxiv arayışı və şəhadətnamə ilə təsdiq olunur. Arxiv arayışı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquqmüəyyənedici və təsdiqedici sənəd hesab olunur. Yəni, iddiaçılar evdən və torpaq sahəsindən istifadə hüququna malikdirlər. Qeyd edirlər ki, Astara rayon notariat ofisinin 07 oktyabr 2025-ci il tarixli, 333 saylı məktubuna görə mərhumun adına vərəsəlik işi açılmış, atası Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt xx.xx.2022-ci il tarixdə vəfat etmiş X22 vərəsələri Zeynəb və İntiqam adlı uşaqları vərəsə kimi nəzərə alınmamış, Astara rayon notariat ofisi tərəfindən vərəsələr məlumatlandırılmamışdır. İddiaçı, eyni zamanda digər iddiaçılar X35 və İddiaçı3 nümayəndəsi İddiaçı2 04 dekabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında Astara rayon Notariat ofisinin maraqlı şəxs kimi deyil, cavabdeh şəxs olması məlum olmuşdur. Ona görə də, Astara rayon Notariat ofisinin iddiaları üzrə cavabdeh hesab edilməsini və məhkəməyə dəvət edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı2 05 dekabr 2025-ci il tarixdə iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2, Əliyeva (Təğiyeva) Dilarə İsmayıl qızı ilə rəsmi nikahda olmuş, atasıda X36, Əliyeva (Tağiyeva) Dilarə İsmayıl qızı və Cavabdeh2 ilə rəsmi nikahdan doğulmuşdur. Əliyeva (Təğiyeva) Dilarə İsmayıl qızı və Cavabdeh2 ilə rəsmi nikah dövründə Astara rayonunun Pensər kəndində hal-hazırda yaşadıqları fərdi yaşayış evi (1962-ci il) tikilmişdir. Ər-arvad dövründə tikilmiş fərdi yaşayış evindən Əliyeva (Təğiyeva) Dilarə İsmayıl qızı pay hüququna malik olmuşdur. Əliyeva (Təğiyeva) Dilarə İsmayıl qızı 25 avqust 1992-ci ildə vəfat etmişdir. X14 vəfat edənə kimi yəni 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. X14 anası Əliyeva (Təğiyeva) Dilarə İsmayıl qızına fərdi yaşayış evdən düşən paya pay hüququ olmuşdur. Məhkəmə iddiası üzrə qətnamə çıxararkən hal-hazırda yaşadıqları evdən payın ayrılmasının qət edilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçılar X35 və İddiaçı3 nümayəndəsi İddiaçı2 bildirmişdir ki, anası və bacısı ilə birlikdə Bakı şəhərində yaşayır. Atası vəfat etdikdən sonra Bakı şəhərinə köçüb orada yaşamağa başlamışlar. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçılar X35 və İddiaçı3 nümayəndəsi İddiaçı2, onun nümayəndəsi və vəkili X23 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. İddiaçılar mərhum qardaşının ailəsidir, mərhum qardaşı Aidə ilə faktiki nikahda olmuş, rəsmi nikahıarı olmamışdır. 2011-ci ildə qardaşı vəfat etdikdən sonra atası onları evdən qovmuş, onlar da Bakı şəhərində yaşamışlar. İddiaçıların mübahisələndirdikləri bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əsasən tərtib edilmişdir. Atası bil-bilə həmin evi və torpaq sahəsini ona bağışlamışdır. Onun tərəfindən atası heç bir vaxt aldadılmamışdır. Həmin müqavilə əsasında özünə çıxarış almışdır. Hazırda tasının niyə belə etdiyi ona məlum deyil. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, savadsız olduğundan qızı Cavabdeh3 tərəfindən aldadıldığını bildirmiş, bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Astara rayon Notariat ofisininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, Astara rayon Notariat ofisininin xüsusi notariusu Oktay Əhmədov məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 664 saylı arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 662 saylı arayışdan görünür ki, Əliyev X30 rayonu Pensər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 663 saylı arayışdan görünür ki, İddiaçı3 ünvan 1ində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 667 saylı təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ünvan 1 İƏD üzrə nümayəndəliyinin 01 saylı təsərrüfatbaşına kitabının 188-ci səhifəsinə əsasən Pensər kəndində babası Cavabdeh2 tərəfindən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 60,0 kv.m olan yaşayış evi və 0,18 ha olan torpaq sahəsi qeydiyyata alınmışdır. Hal-hazırda təsərrüfatda Cavabdeh2, X10, İddiaçı1, İddiaçı3 adlı ailə üzvləri qeydiyyatdadır. X7 vəfatınadək bu təsərrüfatda atasına məxsus yaşayış evində yaşamışdır. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1999-cu ildə Astara rayonunun Pensər kəndində İddiaçı1 doğulmuş X18 X14 hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2002-ci ildə Astara rayonunun Pensər kəndində İddiaçı1 doğulmuş X19 X14 hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən 16 may 2021-ci il tarixli, Reyestr nömrəsi- **********97-10301, Qeydiyyat nömrəsi-********** olan Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus olan, ünvan 1ində yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m yaşayış sahəsi 36,6 kv/m yardımçı sahəsi 51,5 kv/m olan 2 otaqlı fərdi yaşayış evini Cavabdeh3 bağışlamışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 129677 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2011-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Notariat ofisi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, X7nun adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və atası Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X20 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Dövlət arxivi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayon Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşı kitablarına əsasən 01 saylı kitabın 63 nömrəli şəxsi hesabında Cavabdeh2 təsərrüfatının xüsusi mülkiyyətində 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. Cavabdeh2 ailə üzvləri arvadı-X11, oğlu-X24, oğlu-X36, gəlini-İddiaçı1, nəvəsi-İddiaçı2 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ЖГ № 3068 İİ seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1992-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi Cavabdeh2, X17, X22 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X17 vərəsəsi Astara rayon Pensər kəndində qeydiyyatda olan Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X22 vərəsəsi Astara rayon Pensər kəndində qeydiyyatda olan Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 07 yanvar 2021-ci il tarixli 19 saylı təsərrüfatbaşına kitabdan çıxarışın surətindən görünür ki, ünvan 1 İƏD üzrə nümayəndəliyinin 01 nömrəli təsərrüfatbaşına kitabının 190-cı səhifəsində Pensər kəndində 1996-cı ildə Cavabdeh2 tərəfindən inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 100.0 kv.m, yaşayış sahəsi 37,0 kv.m, köməkçi sahəsi 63.0 kv.m olan fərdi yaşayış evi və 0,18 ha olan torpaq sahəsi qeydiyyata alınmışdır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi İdarəsində qeydiyyata alınmasına məqsədə müvafiqdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X22 adına açılmış 2V- 223 nömrəli vərəsəlik işinin materiallarında saxlanılan 17 aprel 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 Həhya oğlu 17 aprel 2021-ci il tarixdə Astara rayon Dövlət Notariat Kontoruna ərizə ilə müracət edərək, xx.xx.2011-ci ildə onun ünvan 1i ünvanında yaşamış oğlu X36 vəfat etmişdir. Ondan miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli Arayışın surətindən görünür ki, xx.xx.1969-cu ildə anadan olmuş X22 atası Cavabdeh2, anası X12r. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X22 adına açılmış 2V- 223 nömrəli vərəsəlik işinin materiallarında saxlanılan 08 aprel 2021-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə ünvan 1ində anadan olmuş X22 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X22 adına açılmış 2V- 223 nömrəli vərəsəlik işinin materiallarında saxlanılan Astara rayon İHB-nin Pensər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş forma 2 arayışından görünür ki, Astara rayonu, Pensər kəndində 1966-cı ildə tikilmiş ümumi sahəsi 88.1 kv.metr olan yaşayış sahəsinin sahibi Cavabdeh2 Yəya oğludur, mənzildə daimi qeydiyyatda olanlar yoxdur. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə-684 reyestr nömrəli bağışlama işinin materiallarında saxlanılan 07 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, X10 07 sentyabr 2022-ci il tarixdə Astara rayon Dövlət Notariat Kontoruna ərizə ilə müracət edərək, əri Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,18 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi sahəsi 100.0 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına və satılmasına razılıq vermişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə-684 reyestr nömrəli bağışlama işinin materiallarında saxlanılan 16 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 və X3 nikahı haqqında xx.xx.2017-ci il tarixli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənəd JN- 345A saylı Kod 80106018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı Qərarı ilə ünvan 1 sakinləri Cavabdeh2, X26 və X28 0.18 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olmuş variantda). Həmin Məcəllənin 23 dekabr 2023-cü il tarixədək qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 21 iyun 2025-ci il tarixədək qüvvədə olan 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Həmin Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. “Notariat haqqında” Təlimatın 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 116-cı maddəsinə əsasən ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılardan İddiaçı2 və İddiaçı3 Cavabdeh2 nəvələridir. X6 xx.xx.2011-ci ildə vəfat etmiş, anaları X43 ilə rəsmi nikahı olmamışdır. Ataları vəfat etdikdən sonra anaları ilə birgə Bakı şəhərinə köçmüş, orada yaşamışlar. Astara rayonu, Pensər kəndində yerləşən 0.18 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh2, X29 və X22 paylı mülkiyyətinə verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə paylı mülkiyyət hüququna dair Çıxarış almış, sonradan isə xx.xx.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik haqqında şəhdaətnamə almaqla torpaq üzərində tam mülkiyyət hüququ ilə mülkiyyətçi olmuş və bu barədə xx.xx.2021-ci il tarixli Çıxarış almışdır. 16 sentyabr 2022-ci il tarixdə isə Daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlamaqla mübahisəli əmlakı qızı olan Cavabdeh3 bağışlamış və Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixli Çıxarış alınmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hazırki tələb şərti olaraq bir neçə hissədən ibarətdir: 1. xx.xx.2021-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi 2. daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 3. Cavabdeh3 adına olan Çıxarışın ləğv edilməsi, 4. torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması, 5. Yaşayış sahəsinə istifadə hüququnun tanınması, 6. vərəsəlik şəhadətnaməsinin verilməsi, 7. Yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə ölmüş şəxsə məxsus payın ayrılması və həmin paya ölmüş şəxsin mülkiyyət hüququnun tanınması. Məhkəmə, iddia tələbinin 1-ci hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli Çıxarış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında verilmişdir və həmin Çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İddiaçılar qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığını irəli sürə bilərdilər ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün də əsaslar olmamışdır. Belə ki, miras əmlakın qəbul edilməsinin iki qaydası mövcuddur: birinci, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. İkincisi, vərəsə(lər) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalı, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirməlidir. Başqa sözlə, vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin, mirasın açıldığı vaxt yəni, xx.xx.2011-ci ildə iddiaçıların mirası qəbul etməsi ilə bağlı hüquq münasibətinə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları olan 1246 və 1248.1-ci maddələri tətbiq edilmişdir. Belə ki, mirasın qəbulunun hər iki halı, yəni həm mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmə, həm də mirası faktiki qəbul edərək ona sahiblik etmə və əmlakdan istifadə etmək konkret müddətlə məhdudlaşdırılmışdır. Qanunla müəyyən edilmişdir ki, vərəsə bu hərəkətlləri vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu (vərəsənin vərəsəliyə çağırıldığı gün miras qoyanın öldüyü gün hesab edilir) gündən altı ay müddətində edə bilər, bu müddət bitdikdən sonra isə mirasın qəbul edilməsinə yol verilmir. Beləliklə, sözügedən mübahisəli əmlak faktiki olaraq Cavabdeh2 sahibliyində və idarəetməsində olduğundan 2021-ci ildə məhz ona vərəsəlik haqqında şəhdaətnamə verilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçılar vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığının irəli sürülməsi üçün Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq kəsici müddəti də ötürmüşlər. Belə ki, iddiaçılar tərəfindən iddia tələbinin 1-ci hissəsi ilə bağlı etibarsızlığın nədə ifadə olunması, həmçinin iddia etdikləri kimi vərəsəlik haqqında şəhadətnamədən 2025-ci il sentyabr ayında məlumatları olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər. İddia tələbinin 2-ci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün də əsaslar mövcud deyildir, həmçinin iddiaçı tərəfindən iddia qaldırılması üçün müddət ötürülmüşdür. Belə ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun formada bağlanılmış, mübahisə predmeti olan torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Həmçinin, iş üzrə müəyyən olunmuşdur ki, cavabdeh öz sərbəst iradəsini ifadə edərək mülkiyyətində olan torpaq sahəsinin bağışlanmasına dair razılıq vermişdir. Cavabdeh2 təkidlə bağışlama müqaviləsinin savadsız olduğu və aldadılması əsası ilə ləğv edilməsini tələb etsə də öz dəlillərini sübuta yetirə bilməmişdir. Cavabdeh2 tərəfindən verilmiş izahatdan da bəlli olmuşdur ki, o öz iradəsi ilə bağışlama müqaviləsini bağlamış, əksinə hazırda cavabdeh ilə arasındakı münasibətlərdən dolayı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən bağışlama müqaviləsinin etibarsızlığının əsaslarının nədə ifadə olunması təqdim edilməmiş, Cavabdeh2 iddia üzrə cavabdeh qismində cəlb edilməklə iki cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb edilmiş və cavabdehlərdən birinin iradə ifadəsinin zədələndiyi əsası irəli sürülmüşdür ki, iddiaçılar belə bir subyektiv hüquqa malik olmamışdır. Həmçinin, Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bu dəlilləri irəli sürməklə müqavilənin etibarsızlığına nail olmaq istəmiş, o, müqavilə bağlayarkən hər hansı yanılma və aldadılma yaşamamış, tam etibarlı bir müqavilə bağlamış, həmçinin, bir illik kəsici müddət tətbiq edilməklə əqdi mübahisələndirmək imkanını da, itirmişdir. Tələbin 3-cü, 4-cü və 6-cı hissəsi bilavasitə birinci və ikinci hissənin əsaslılığından irəli gəldiyindən və birinci, ikinci hissə üzrə tələblər təmin edilmədiyindən 3-cü, 4cü və 6-cı hissə də təmin edilə bilməz. Məhkəmə tələbin 5-ci hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir və 2022-ci ildə Cavabdeh2 tərəfindən bağılanmaqla adına qeydiyyata alınmışdır. Bu səbəbdən, hazırki mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia bu hissədə ona görə təmin edilməməlidir ki, iddiaçıların yaşayış sahəsinə hər hansı hüququ yoxdur. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. İddiaçılar Cavabdeh3 ailə üzvləri dairəsinə daxil deyil, onun qardaşının qeyri rəsmi nikahda olan həyat yoldaşı və qardaşının uşaqlarıdır. Qardaşı ilə birlikdə mübahisəli evdə yaşamış, qardaşı vəfat etdikdən sonra isə oradan köçüb getmişlər. Həmçinin, iddiaçılar cavabdehin digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Beləliklə, şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh olan mülkiyyətçinin nə ailə üzvü, nə də digər qohumu olmadığından onların Mənzildən istifadə hüququ yoxdur, odur ki, iddia həmin hissədə də edilməməlidir. Məhkəmə iddianın 7-ci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar nənə və babalarının birgə mülkiyyətində olmuş yaşayış sahəsindən mərhum atalarından öncə 1992-ci ildə vəfat etmiş nənələrinin payının müəyyən edilməklə atalarına çatası payın müəyyən edilməsini tələb edirlər. Qanunvericiliyə əsasən, birgə mülkiyyətdə olan əmlak üzərində tərəflər öz paylarını müəyyənləşdirmədən onun üzərində sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər. Bütün bu hüquqlarından istifadə etdikləri zaman digərinin razılığı olduğu ehtimal edilir. Mərhum X1 ümumi əmlakda olan payının müəyyən edilməsi üçün hər hansı addım atmamış, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almamış, birgə nikah dövründə əldə edilmiş əmlakda paya hüququnu təsdiq etməmiş, belə bir niyyətini ifadə edən hər hansı hərəkət göstərməmiş, aralarında pay ilə bağlı mübahisə olmamışdır. X13 ölümü ilə isə birgə mülkiyyət hüququna birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilmişdir. Belə ki, sözügedən mübahisəli əmlak üzərində birgə mülkiyyətin əmələ gəməsi əsası kimi nikah çıxış etmişdir ki, Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən də X13 ölümü ilə Cavabdeh2 ilə arasındakı nikaha xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakda mərhum X2 öz payını müəyyən etmədiyindən, payının müəyyən edilməsinə dair niyyətini ifadə edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, ölümü ilə birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə birgə mülkiyyətə xitam verildiyindən, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə alınmadığından X7nun birgə nikah dövründə tikilmiş və Cavabdeh2 adına qeydiyyata alınmış fərdi yaşayış evindən miras pay tələb etmək hüququ olmamış və belə bir hüquq olmadığından onun vərəsələrinin də belə bir tələb irəli sürməsi üçün əsas olmamışdır. Qeyd oluanlara əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Astara rayon Notariat ofisinə qarşı “hüquqların X27 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması, və fərdi yaşayış evindən payın ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1740/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1740/2025
05.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver