Məhkəmə qərarları › İş №2(018)-1750/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1750/2025

25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1750/2025 25.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndə Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarındakı Astara rayon Kijəbə ərazi nümayəndəliyində 12 iyun 2011-ci il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 12 mart 2012-ci ildə Ceyhun, 16 iyul 2014cü il tarixdə Aybəniz adlı iki uşağı doğulmuşdur. Ailə həyatı qurduqdan sonra onlar müxtəlif şəhərlərdə kirayədə birlikdə yaşamışlar. Son illər Cavabdeh atasının evinə gedib onunla birlikdə yaşamır. Cavabdeh ilə nikahları formal xarakter daşıyır. Ona görə də boşanmaq qərarına gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb Cavabdeh ilə aralarındakı Astara rayon Kijəbə ərazi nümayəndəliyində 12 iyun 2011-ci il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili və nümayəndə Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Astara rayon Kijəbə ərazi nümayəndəliyində 12 iyun 2011-ci il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq nikah pozulduqdan sonra azyaşlı uşaqların Ceyhun və Aybənizin anaları Cavabdeh yanında saxlanılmalarına və aliment təyin edilməsinə etirazları yoxdur. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ilə aralarında bağlanmış nikah faktiki olaraq 5 ildən çoxdur ki, pozulmuşdur. Bu səbəbdən formal olaraq kağız üzərində qalmış nikahın pozulmasına razıdır. İddiaçı uşaqların onun yanında qalmasına etiraz etmir. Bu səbəbdən aralarındakı nikahın pozulması, uşaqların onun yanında qalaraq aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli 3-16-5/8-4330/2025 saylı arayışdan görünür ki, İddiaçı ilə X6 xx.xx.2011-ci il tarixdə Astara rayon Kijəbə ərazi nümayəndəliyində 32 nömrəli akt ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli 3-16-5/8-4331/2025 saylı arayışdan görünür ki, X5 xx.xx.2012-ci il tarixdə anadan olmuş, anası Cavabdeh, atası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli 3-16-5/8-4332/2025 saylı arayışdan görünür ki, X4 xx.xx.2014-cü il tarixdə anadan olmuş, anası Cavabdeh, atası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-01111 nömrəli X3 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan İddiaçı vəkili və nümayəndə Vəkil ərizəsindən görünür ki, nikah pozulduqdan sonra azyaşlı uşaqların Ceyhun və Aybənizin anaları Cavabdeh yanında saxlanılmasına etiraz etmirlər və uşaqların saxlanılması üçün aliment təyin edilməsinə etiraz etmirlər. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ilə aralarında bağlanmış nikah faktiki olaraq 5 ildən çoxdur ki, pozulmuşdur. Bu səbəbdən formal olaraq kağız üzərində qalmış nikahın pozulmasına razıdır. İddiaçı uşaqların onun yanında qalmasına etiraz etmir. Bu səbəbdən aralarındakı nikahın pozulması, uşaqların onun yanında qalaraq aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası AM-nin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün minumum əmək haqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci bəndindən görünür ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iddiaçının vəkili və nümayəndəsi, cavabdeh tərəfindən verilmiş ərizələri və iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 12 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 12 mart 2012-ci ildə Ceyhun, 16 iyul 2014-cü il tarixdə Aybəniz adlı iki uşağı doğulmuşdur. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Cavabdeh məhkəməyə verdiyi izahat və təqdim etdiyi ərizədən görünür ki, o, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 onun himayəsindədirlər və buna görə aliment tələb edir. İddiaçı vəkili və nümayəndə Vəkil verdiyi izahat və təqdim etdiyi ərizədən görünür ki, İddiaçı uşaqları xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 analarının himayəsində saxlanılmalarına və aliment tələb edilməsinə etiraz etmir. Boşanma tələbi təmin edilərkən məhkəmə, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 mənafelərini nəzərə alaraq onların anası Cavabdeh himayəsində və yanında saxlanılmalarını qanuni və əsaslı hesab edir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra belə nəticəyə gəlir ki, ailənin saxlanması mümkün olmadığından iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 anaları - Cavabdeh himayəsində saxlanılmalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddiaçıdan tutulacaq alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci bəndindən görünür ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti 25 dekabr 2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 iyun 2011-ci il tarixdə Astara rayon Kijəbə ərazi nümayəndəliyində bağlanmış və 32 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X4 anaları – Cavabdeh yanında və himayəsində saxlansın. 25 dekabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar