Məhkəmə qərarları › İş №2(018)-176/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-176/2023

08.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-176/2023 08.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2004-cü il təvəllüdlü X8 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, 19 oktyabr 2004-cü il təvəllüdlü X8 onun doğma qızıdır. Onun atası Ərizəçi, anası isə X1r. X3 epilepsiya xəstəliyinə tutulmuş və 2016-cı il tarixdən Astara rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin nevroloji dispanserində qeydiyyatda durur. Övladı uşaqlıqdan qeyd edilən xəstəlikdən əziyyət çəkir. Xəstəliyi nəticəsində hərəkətinin mənasıı anlaya bilmir. Onun kənar şəxsin köməkliyinə ehtiyacı vardır. Uşağın fəaliyyət qabiliyyəti yoxdur. Odur ki, 19 oktyabr 2004-cü il təvəllüdlü X8 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X819 oktyabr 2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X819 oktyabr 2004cü il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, atası Ərizəçi, anası X2 qeyd edilib. İş materiallarında olan Astara RMX-nın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 19 oktyabr 2004-cü il təvəllüdlü X6 epilepsiya xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 15 mart 2023-cü il tarixli 1022 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X5 epilepsiya xəstəliyi nəticəsində ağır dərəcəli əqli gerilik müəyyən edilir.(anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması,vnitqi tək-bir sözlərdən ibarət olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar Astara Rayon Mərkəzi Xəstəxanasında “Epilepsiya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması, ona müvafiq müalicələr təyin edilməsi, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, stereotip olaraq qeyri-müəyyən hərəkətlər etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli gerilik və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı apanlmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası X5 ağır dərəcəli əqli gerilik müəyyən edir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 15 mart 2023-cü il tarixli 1022 rəyini nəzərə alaraq, məhkəmə 19 oktyabr 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 oktyabr 2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar