Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-177/2023 01.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və cavabdehlər Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X7 və Cavabdeh5 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 1210 (bir min iki yüz on) manat əsas borc, 624 (altı yüz iyirmi dörd) manat peniya, 2420 (iki min dörd yüz iyirmi) manat cərimə olmaqla cəmi 4254 (dörd min iki yüz əlli dörd) manat, Cavabdeh2 217 (iki yüz on yeddi) manat əsas borc, 122 (bir yüz iyirmi iki) manat peniya, 434 (dörd yüz otuz dörd) manat cərimə olmaqla cəmi 773 (yeddi yüz yetmiş yeddi) manat, Cavabdeh3 qızından 890 (səkkiz yüz doxsan) manat əsas borc, 300 (üç yüz) manat peniya, 1780 (bir min yeddi yüz səksən) manat cərimə olmaqla cəmi 2970 (iki min doqquz yüz yetmiş) manat, Cavabdeh4 90 (doxsan) manat əsas borc, 82 (səksən iki) manat, 80 (səksən) qəpik penya, 180 (bir yüzə səksən) manat cərimə olmaqla cəmi 352 (üç yüz əlli iki) manat, 80 (səksən) qəpik və Cavabdeh5 144 (bir yüz qırx dörd) manat əsas borc, 48 (qırx səkkiz) manat penya, 172 (bir yüz yetmiş iki) manat cərimə olmaqla cəmi 364 (üş yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 105 (bir yüz beş) manat pulun ödənilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 30 oktyabr 2020-ci il tarixli, 00000157 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" MMC - nin Astara mağazasından 4392 (dörd min üç yüz dpxsan iki) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi baarədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin sonradan X2 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Humayım Ağayeva 12 may 2022 - ci ilə kimi borclu olduğu 4392 - manatdan 2927 manat pul ödəmişdir. Ondan sonra o, birdə 14 noyabr 2022 - ci il tarixdə 255 manat pul ödəmişdir. Cavabdeh X1 müqavilə üzrə 1210 (bir min iki yüz on) manat əsas borc, 624 (altı yüz iyirmi dörd) manat peniya, 2420 (iki min dörd yüz iyirmi) manat cərimə olmaqla cəmi 4254 (dörd min iki yüz əlli dörd) manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh2 arasında 18 sentyabr 2019- cu il tarixli, 00000004 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC - nin Astara mağazasından 771 (yeddi yüz yetmiş bir) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin sonradan Cavabdeh2 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh2 28 sentyabr 2022 - ci ilə kimi həmin borcu ödəyib qurtarmalı idi. Lakin o, 2022 - ci ilin yanvar ayına kimi borclu olduğu 771 manatdan 554 manat pul ödəmişdir. Cavabdeh2 müqavilə üzrə 217 (iki yüz on yeddi) manat əsas borc, 122 (bir yüz iyirmi iki) manat peniya, 434 (dörd yüz otuz dörd) manat cərimə olmaqla cəmi 773 (yeddi yüz yetmiş yeddi) manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh3 qızı arasında 06 fevral 2020-ci il tarixli, 00000082 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 "xxxx" MMC - nin Astara mağazasından 3461 ( üç min dörd yüz altımış bir) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin sonradan Cavabdeh3 qızı müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh3 16 fevral 2022 ci ilə kimi həmin borcu ödəyib qurtarmalı idi. Lakin o, 16 may 2022 - ci ilə kimi borclu olduğu 3461 - manatdan 2570 manat pul ödəmişdir. Cavabdeh3 qızının hal-hazıra müqavilə üzrə 890 (səkkiz yüz doxsan) manat əsas borc, 300 (üç yüz) manat peniya, 1780 (bir min yeddi yüz səksən) manat cərimə olmaqla cəmi 2970 (iki min doqquz yüz yetmiş) manat borcu vardır. İddiaçı «Global X11” MMC ilə cavabdeh X8 arasında 02 may 2020-ci il tarixli, 00000121 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, "xxxx" MMC - nin Astara mağazasından 435 (dörd yüz otuz beş) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin Cavabdeh4 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh X8 02 noyabr 2021 - ci ilə kimi həmin borcu ödəyib qurtarmalı idi. Lakin o, borclu olduğu 435 - manatdan 330 manat pul ödəmişdir. Cavabdeh4 hal-hazıra kimi oğlundan 90 (doxsan) manat əsas borc, 82 (səksən iki) manat, 80 (səksən) qəpik penya, 180 (bir yüzə səksən) manat cərimə olmaqla cəmi 352 (üç yüz əlli iki) manat, 80 (səksən) qəpik borcu vardır. İddiaçı MMC ilə Cavabdeh5 arasında 20 iyul 2020-ci il tarixli, 00000140 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, "xxxx" MMC - nin Astara mağazasından 864 (səkkiz yüz altımış dörd) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin Cavabdeh5 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh5 21 yanvar 2022 - ci ilə kimi həmin borcu ödəyib qurtarmalı idi. Lakin o, 2021 - ci ilin noyabr ayına kimi borclu olduğu 864 - manatdan 720 manat pul ödəmişdir. Cavabdeh5 müqavilə üzrə hal-hazıra kimi 144 (bir yüz qırx dörd) manat əsas borc, 48 (qırx səkkiz) manat penya, 172 (bir yüz yetmiş iki) manat cərimə olmaqla cəmi 364 (üş yüz altmış dörd) manat borcu vardır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 qızı iddia tələbini qismən qəbul etdi və verdiyi izahatında bildirdi ki, o, 06 fevral 2020-ci il tarixli, 00000082 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsaən "xxxx" MMC - nin Astara mağazasından 3461 (üç min dörd yüz altımış bir) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilməmişdir. Ancaq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi şişirdilmişdir.Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul etdi və verdiyi izahatında bildirdi ki, o, 02 may 2020-ci il tarixli, 00000121 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsaən "xxxx" MMC - nin Astara mağazasından 435 (dörd yüz otuz beş) manat dəyərində yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilməmişdir. Ancaq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi şişirdilmişdir.Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qismən qəbul etdi və verdiyi izahatında bildirdi ki, o, 20 iyul 2020-ci il tarixli, 00000140 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsaən "xxxx" MMC - nin Astara mağazasından 864 (səkkiz yüz altımış dörd) manat dəyərində yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilməmişdir. Ancaq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi şişirdilmişdir.Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə baxış iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 105 (bir yüz beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş X11” MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli, 00000157 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" MMC - nin Astara mağazasından 4392 (dörd min üç yüz dpxsan iki) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Mülki işə əlavə edilmiş X11” MMC ilə Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2019- cu il tarixli, 00000004 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" MMC - nin Astara mağazasından 771 (yeddi yüz yetmiş bir) manat manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Mülki işə əlavə edilmiş X11” MMC ilə Cavabdeh3 qızı arasında bağlanmış 06 fevral 2020-ci il tarixli, 00000082 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 qızı "xxxx" MMC - nin Astara mağazasından 3461 (üç min dörd yüz altımış bir) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Mülki işə əlavə edilmiş X11” MMC ilə X8 arasında bağlanmış 02 may 2020-ci il tarixli, 00000121 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X8 "xxxx" MMC - nin Astara mağazasından 435 (dörd yüz otuz beş) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Mülki işə əlavə edilmiş X11” MMC ilə Cavabdeh5 arasında bağlanmış 20 iyul 2020-ci il tarixli, 00000140 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 "xxxx" MMC nin Astara mağazasından 864 (səkkiz yüz altımış dörd) manat dəyərində Yataq mebeli və qonaq mebeli nisiyə götürmüşdür. Mülki işə əlavə edilmiş İddiaçı MMC-nin arayışlarından məlum olur ki, İddiaçı MMC ilə bağlanmış müqavilərə əsasən Cavabdeh1 1210 (bir min iki yüz on) manat, Cavabdeh2 217 (iki yüz on yeddi) manat, Cavabdeh3 qızınun 890 (səkkiz yüz doxsan) manat, Cavabdeh4 90 (doxsan) manat və Cavabdeh5 144 (bir yüz qırx dörd) manat ödənilməyən borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 324.1-ci maddəsinə müvafiq olaraq əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görəşifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan RespublikasıMM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan RespublikasıMM-in 567-ci maddəsində qeyd olunub ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından da məlum olur ki, hazırki mülki iş üzrə satıcı «Global X11” MMC alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları alıcılara vermişdir, lakin alıcılar əşyaların dəyəri olan pulu müəyyən olunmuş müddətdə satıcıya tam olaraq ödəməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 30 oktyabr 2020-ci il tarixli, 00000157 nömrəli müqaviləsi üzrə iddia etdiyi 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində cərimə pulu azaldılaraq 1000 (bir min) manat, 18 sentyabr 2019- cu il tarixli, 00000004 nömrəli müqaviləsi üzrə iddia etdiyi 434 (dörd yüz otuz dörd) manat məbləğində cərimə pulu azaldılaraq 200 (iki yüz) manat, 06 fevral 2020-ci il tarixli, 00000082 nömrəli müqaviləsi üzrə iddia etdiyi 1780 (bir min yeddi yüz səksən) manat manat məbləğində cərimə pulu azaldılaraq 800 (səkkiz yüz) manat, 02 may 2020-ci il tarixli, 00000121 nömrəli müqaviləsi üzrə iddia etdiyi 180 (bir yüzə səksən) manat məbləğində cərimə pulu azaldılaraq 80 (səksən) manat, 20 iyul 2020ci il tarixli, 00000140 nömrəli müqaviləsi üzrə iddia etdiyi 172 (bir yüz yetmiş iki) manat məbləğində cərimə pulu azaldılaraq 120 (bir yüz iyirmi) manat həddində müəyyən edərək, bu halı qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddiası qismən təmin olunsun.
1. 30 oktyabr 2020-ci il tarixli, 00000157 nömrəli müqavilə üzrə Cavabdeh1 1210 (bir min iki yüz on) manat əsas borc, 624 (altı yüz iyirmi dörd) manat peniya, 1000 (bir min) manat cərimə olmaqla cəmi 2834 (iki min səkkiz yüz otuz dörd) manat;
2. 18 sentyabr 2019- cu il tarixli, 00000004 nömrəli müqavilə üzrə Cavabdeh2 217 (iki yüz on yeddi) manat əsas borc, 122 (bir yüz iyirmi iki) manat peniya, 200 (iki yüz) manat cərimə olmaqla cəmi 539 (beş yüz otuz doqquz) manat;
3. 06 fevral 2020-ci il tarixli, 00000082 nömrəli müqavilə üzrə Cavabdeh3 qızından 890 (səkkiz yüz doxsan) manat əsas borc, 300 (üç yüz) manat peniya, 800 (səkkiz yüz) manat cərimə olmaqla cəmi 1990 (bir min doqquz yüz doxsan) manat;
4. 02 may 2020-ci il tarixli, 00000121 nömrəli müqavilə üzrə Cavabdeh4 90 (doxsan) manat əsas borc, 82 (səksən iki) manat, 80 (səksən) qəpik penya, 80 (səksən) manat cərimə olmaqla cəmi 252 (iki yüz əlli iki) manat;
5. 20 iyul 2020-ci il tarixli, 00000140 nömrəli müqavilə üzrə Cavabdeh5 144 (bir yüz qırx dörd) manat əsas borc, 48 (qırx səkkiz) manat penya, 120 (bir yüz iyirmi) manat cərimə olmaqla cəmi 312 (üş yüz on iki) manat məbləğində pul iddiaçı «Global X11” MMCyə verilsin.
6. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından, X4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı «Global X11” MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.