Məhkəmə qərarları › İş №2(018)-182/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-182/2023

03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-182/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə, Astara Elektrik şəbəkəsinə qarşı “04 sentyabr 2022-ci il tarixli 268141 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 650 (altı yüz əlli) manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə, Astara Elektrik şəbəkəsinə qarşı “04 sentyabr 2022-ci il tarixli 268141 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 650 (altı yüz əlli) manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Astara Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2022-ci il tarixli 268141 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 650 (altı yüz əlli) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Astara rayonu, Ərcivan qəsəbəsində yaşayır. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları 04 sentyabr 2022-ci il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirmişlər. Yoxlama zamanı onun tərəfindən elektrik sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyinə görə "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsi tərəfindən 04 sentyabr 2022-ci il tarixli 268141 saylı akt tərtib edilmişdir. Həmin 04 sentyabr 2022-ci il tarixli 268141 saylı akta əsasən guya o, yaşadığı evin qabağından keçən və qonşunun sayğacına gedən elektrik naqilindən sayğacdan kənar elektrik xəttindən istifadə etmişəm. Buna görə də ona 650 (altı yüz əlli) manat borc hesablanmışdır. Ancaq əslində o, qonşuya gedən həmin naqillərin kabelləşdirməsini tələb etdiyindən Astara Elektrik şəbəkəsinin rəhbərliyi ona qarşı qərəzli münasibətinə görə olmuşlar. Ancaq onlar aktı tərtib edərkən “Elektrik enerjisindən istifadə qaydalarının” 8,33cü bəndinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan tərtib etmişlər. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları 04 sentyabr 2022-ci il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində abonent İddiaçı yaşadığı evdə videoçəkiliş vasitəsi ilə yoxlama aparmışlar. Həmin yoxlama zamanı İddiaçı qonşunun sayğacına gedən elektrik naqilindən sayğacdan kənar 10 mm-lik kabel ilə elektrik xəttindən istifadə etməsi halı müəyyən edilmişdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2003-cü il tarixli 18 saylı Qərarına uyğun olaraq 04 sentyabr 2022-ci il tarixli 268141 saylı akt tərtib edilmişdir. Abonent İddiaçı isə aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən yoxlama müvafiq qaydalara uyğun olaraq videoçəkiliş vasitəsi ilə aparıldığından hal şahidlərini dəvət etməyə ehtiyac da qalmamışdır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh Astara Elektrik şəbəkəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur, Astara rayonu, Ərcivan qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış 04 sentyabr 2022-ci il tarixli 268141 saylı aktdan görünür ki, abonent İddiaçı qonşunun sayğacına gedən elektrik naqilindən sayğacdan kənar 10 mm-lik kabel ilə elektrik xəttindən istifadə etməsi halı müəyyən edilmişdir. Bu hal cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 təqdim etdi 01 ədəd DVD diskinə baxış keçirilərkən də müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı qonşunun sayğacına gedən elektrik naqilindən sayğacdan kənar 10 mm-lik kabel ilə elektrik xəttindən istifadə etmişdir. Buna görə də 04 sentyabr 2022-ci il tarixli 268141 saylı akt tərtib olunmuşdur. Nəticədə 650 (altı yüz əlli) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 04 sentyabr 2022-ci il tarixli 268141 saylı aktdan da görünür ki, aktlar "xxxx" ASC-nin nümayəndələrinin iştirakları ilə tərtib edilmişdir. Abonent İddiaçı aktı imzalamaqdan imtina etmişlər. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə, Astara Elektrik şəbəkəsinə qarşı “04 sentyabr 2022-ci il tarixli 268141 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 650 (altı yüz əlli) manat borcun silinməsi tələbinə dair” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar