Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-182/2024 17.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək 14 iyun 1998-ci il təvəllüdlü X2 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, 14 iyun 1998ci il təvəllüdlü X2 onun doğma qızıdır. 14 iyun 1998-ci il təvəllüdlü X5 anadangəlmə ağır ifadə olunan, ağır dərəcəli əqli gerilik, davranış pozuntusu xəstəsidir və qeyd edilən xəstəliklərin diaqnozu ilə Astara rayon X1 şöbəsinin ruhi əsəb kiabinetində dispanser qeydiyyatında durur. Qeyd etdi ki, qardaşı onunla birlikdə yaşayır və psixi qüsuru olduğundan öz hərəkətlərinin mənasını anlaya bilmir. Ona görə də o, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısının yanında «Qəyyumluq və Himayəçilik» komissiyasının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin, surətindən və Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Şiyəkü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi, 14 iyun 1998-ci il təvəllüdlü X5 ilə birlikdə Astara rayonu Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş səxsiyyəti təsdiq edən sənəd üzrə axtarışdan məlum olur ki, 14 iyun 1998-ci il təvəllüdlü X5 birinci dərəcəli əlil olmaqla, ağır dərəcəli əqli gerilik xəstəsidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Psixiatrik Ekspertiza” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 545 saylı rəyindən görünür ki, 14 iyun 1998-ci il təvəllüdlü X3 “ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” aşkar olunmuşdur. 14 iyun 1998-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına və ərizəçinin izahatına əsasən müəyyən edilmişdir ki, 14 iyun 1998-ci il təvəllüdlü X5 Ərizəçi qızıdır. X4 psixi qüsuru olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, 3618 saylı rəyindən görünür ki, 14 iyun 1998-ci il təvəllüdlü X3 “ağır dərəcəli əqli gerilik, davranış pozuntusu” aşkar olunmuşdur. 14 iyun 1998-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də, 14 iyun 1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 306, 317, 318 və 321-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair ərizəsi təmin edilsin. 14 iyun 1998-ci il təvəllüdlü X2 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-182/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-182/2024
17.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver