Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-191/2025 06.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etbarsız sayılması və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Astara elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində yazılmış 063806 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış 1986 (min doqquz yüz səksən altı) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiasını müdafiə etdiyini bildirib, iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, X3 Cəmiyətinin Astara elektrik şəbəkəsində **********00020 abonent kodu ilə qeydiyyata alınmışdır. Elektrik enerjisindən həmişə sayğac vasitəsi ilə istifadə etmişdir və istifadə etdiyi işığın dəyərini də ödəmişdir. Sentyabr ayının sonlarında Astara elektrik şəbəkəsinin əməkdaşları heç bir səbəb olmadan, ona məlumat vermədən birbaşa gələrək elektrik sayğacının gələn giriş xətlərini elektrik dirəyindən açaraq çıxıb getmişlər. Dərhal Astara işıq İdarəsinə müraciət etmişdir. İdarədən onun barəsində akt yazıldığını və 1986 manat cərimə edildildiyini öyrənmişdir. Aktın surətini tələb etsə də həmin günü hələ hazır olmamasını bəhanə edərək ona verməmişlər. Yalnız 15-16 gün sonra idarədən onun surətini əldə edə bilmişdir. Aktın surətində qeyd edilmişdir ki, abonent sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən istifadə edir. O, heç vaxt heç bir kənar xətdən istifadə etməmişdir. Hər ay da istifadə etdiyi işığın pulunu ödəmişdir. Həmin akt qanunsuz şəkildə və heç bir əsası olmadan ona qarşı qərəzli şəkildə tərtib edilmişdir. Əgər o, doğurdan da kənar xətdən istifadə etmişdirsə cavabdeh idarədən həmin kənar xəttin olmasını təsdiq edən foto və video görüntülərin məhkməyə gətirilməsini xahiş etmişdir. Onlar onun kənar xətdən istifadə etməsinə dair hər hansı sübut təqdim edə bilsələr həmin cəriməni tam şəkildə ödəməyə hazırdır. Cavabdeh X3 Cəmiyyətinin Astara elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində yazılmış 063806 saylı aktı etibarsız hesab edərək həmin akt əsasında ona yazılmış 1986 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurətlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmiş, iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan 063806 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı Astara şəhəri S.Vurğun küçəsində yerləşən mülkiyyətində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi yoxlanmış və abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi, onları görən kimi isə həmin xətti ləğv etdiyi müəyyən edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2016-ci il tarixli abunə haqqında sənəddən görünür ki, abunə kodu **********00020 olan Tağıyev Əliyə xx.xx.2024-cü il tarixdə elektrik enerjisindən istifadə qaydalarını pozmasına görə 1986 (min doqquz yüz səksən altı) manat 38 (otuz səkkiz) qəpik borc hesablanmışdır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması öçün, yaşayış binalarındakı hər bir mənzil özrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavənin 5-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ömumi təcröbəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cö il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, röblök və s.) icra edilməli öhdəliklər özrə iddia möddəti hər bir ödəmə öçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.4-cü bəndinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Həmin qaydaların 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmçinin həmin qaydaların 8.17-ci bəndinə görə, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə görə, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Maxsud oğlunun cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən əsaslı olduğu üçün, iddia qismən təmin edilərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus Astara şəhəri, S,Vurğun köçəsi ev 11-də yerləşən evə hesablanmış 1986 (min doqquz yüz səksən altı) manat borc abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı Maxsud oğluna məxsus Astara şəhəri, S,Vurğun küçəsi ev 11də yerləşən evə hesablanmış 1986 (min doqquz yüz səksən altı) manat borc abunə hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-191/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-191/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver