Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-205/2024 08.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin drektoru X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı «Astara şəhəri 2 saylı tam orta məktəbinin 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsi, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsinə, qanunsuz olaraq tutulmuş 687 (altı yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik əmək haqqının, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və həmin dərslər üçün kəsilmiş 654 (altı yüz əlli dörd) manat, 18 (on səkkiz) qəpik pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib verdiyi izahatında göstərdi ki, o, Cavabdeh2ndə tarix müəllimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində o, hər hansı nöqsana yol verməmişdir. O, Cavabdeh2ndən qanunsuz olaraq işdən çıxarılmasına görə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Astara Rayon Məhkəməsin müvafiq qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh2 drektoru X5 ona qarşı qərəzli münasibət bəsləmişdir. Ona görə də qeyd edilən qanunsuz əmrləri imzalamışdır. Belə ki, onun tərindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrdən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi məlum olur. Halbu ki, tədris ili 15 sentyabr 2023-cü il tarixdə başlamasına, onun saat hesabı işləməsinə görə o, qeyd edilən 28-30 avqust 2023-cü il tarixlərdə işə çıxmaya bilər. Bundan başqa 04 oktyabr 2023-cü il tarixli 164 saylı əmrdə onun, 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, 02-03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə, 26 oktyabr 2023-cü il tarixli 178 saylı əmrdə onun, 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, 24-25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrdə onun, 01 noyabr 2023-cü il tarixdə işə çıxması, 30-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona cəmi 687 (altı yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik əmək haqqının ödənilməməsi məlum olur. Halbu ki o, həmin müddət ərzində müxtəlif dövlət orqanlarında Azərbaycan Respublikası Prezdent aparatında, Məhkəmə-Hüquq Şurasında qanunsuz intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı qəbullarda olmuşdur. Bundan başqa o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qiymətləndirilməsinə əsasən 51 bal toplamışdır. Ancaq belə olan halda ona verilən dərs saatlarının miqdarı 36 saatdan aşağı olmamalıdır. Buna baxmayaraq Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin drektoru qanunsuz olaraq onun dərs saatlarını azaltmışdırki, bununla da ona ziyan dəymişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin drektoru X5 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı Cavabdeh2ndə tarix müəllimi vəzifəsində işləyir. Mövcud qanunverciliyin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Təhsil Haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dərs ili başa çatdıqdan sonra müəllimlər 56 gün əmək məzunuyyətinə buraxılrı və sonra isə əmək fəaliyyətlərinə başlamalıdırlar. Dərs ilinin 15 sentyabr 2023-cü il tarixdə başlamasına baxmayaraq müəllimlərin əmək məzuniyyətləri 28 avqust 2023-cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işə çıxmamışdır. Ona görə də onun tərindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrə əsasən onun 31 avqust 2023-cü il tarixdə işə çıxması, 28-30 avqust 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməməsi qeyd edilmişdir. Bundan başqa İddiaçı heç bir əsas olmadan 02 oktyabr 2023-cü il-03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il-25 oktyabr 2023-cü il tarixlərdə və 30 oktyabr 2023-cü-31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə onun tərindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərə əsasən İddiaçı işdə olmamasına görə ona əmək haqqının ödənilməmişdir. İddiaçı işdə olmadığı günlər isə əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. Həmçinin İddiaçı əlavə olaraq ona 5 dərs saat verilməsini tələb edir. Halbu ki, Cavabdeh2ndə 2023-2024-cü dərs ilində tarix fənni üzrə həftəlik dərs saatı 26 saat olmuşdur ki, onun da həftəlik dərs saatının 22 saatını İddiaçı, qalan 4 saatını isə digər müəllim tədris edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq məsələni tənzimləyən qaydalarına əsasən müəllimlərin yeni dərs ili üçün dərs yükü müəsissə rəhbəri tərəfindən müəyyən edilir, müəllimlərin diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınınr. Göründüyü kimi İddiaçı diaqnostik qiymətləndirilmələrinin nəticələri nəzərə alınaraq, ona tarix fənni üzrə həftəlik 26 dərs saatının həftəlik 22dərs saatı verilmişdir. Ona görə də, o, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X4 digər cavabdeh Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin drektoru X5 ilə eyni məzmunlu izahat verərək X3 göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Cavabdeh X2 məhkəməyə teleqram ilə müraciət edərək iddia tələbinin qəbul etmədiyini və iddia edilən əmrin qanuni verildiyini bildirmişdir. Həmçinin, səhhəti ilə əlaqədar Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayaış yerindən olan arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1978-ci ildə anadan olmaqla, Astara şəhəri H.Aslanov küçəsi ev 43-də yaşayır. Mülki işə əlavə edilmiş Məhkəmə-Hüquq Şurası aparatının İddiaçı ünvanladığı 16 avqust 2023-cü il tarixli, 29 avqust 2023-cü il tarixli, 07 sentyabr 2023-cü il tarixli və 12 oktyabr 2023-cü il tarixli məktublarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş İdarəisinə müracət etməsi məsləhət bilinmişdir. Mülki işə əlavə edilmiş Məhkəmə-Hüquq Şurası aparatının İddiaçı ünvanladığı 07 noyabr 2023-cü il tarixli və 15 noyabr 2023-cü il tarixli məktublarından məlum olur ki, Məhkəmə-Hüquq Şurası aparatında vətəndaşların qəbulu ilə əlaqədar məlumat verilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 drektorunun 01 sentyabr 2023-cü il tarixli 135 saylı əmrdən məlum olur ki, İddiaçı 31 avqust 2023-cü il tarixdə işə çıxması, onun 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməmə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 drektorunun 04 oktyabr 2023-cü il tarixli 164 saylı əmrdən məlum olur ki, İddiaçı 04 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməmə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 drektorunun 26 oktyabr 2023-cü il tarixli 178 saylı əmrdən məlum olur ki, İddiaçı 26 oktyabr 2023-cü il tarixdə işə çıxması, onun 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməmə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 drektorunun 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrdən məlum olur ki, İddiaçı 01 noyabr 2023-cü il tarixdə işə çıxması, onun 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamasına görə ona əmək haqqının ödənilməmə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2ndə tərtib edilmiş aktlardan, təqdimatdan və çıxarışlardan məlum olur ki, İddiaçı 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış, onun işdə olmadığı günlər isə əvəzçilik qaydasında fənn müəllimləri tərəfindən aparılmışdır. Beləliklə məhkəmə iclsasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsinə, qanunsuz olaraq tutulmuş 687 (altı yüz səksən yeddi) manat, 86 (səksən altı) qəpik əmək haqqının, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və həmin dərslər üçün kəsilmiş 654 (altı yüz əlli dörd) manat, 18 (on səkkiz) qəpik pulun ona ödənilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq iddia tələbinin əsası kimi hər hansı bir halı da məhkəməyə təqdim etməmişdir. Belə ki məhkəmə iclasında aydın oldu ki, iddiaçı heç bir əsas olmadan 28 avqust 2023-cü il və 29 avqust 2023-cü tarixlərdə, 02 oktyabr 2023-cü il və 03 oktyabr 2023-cü il tarixlərdə, 24 oktyabr 2023-cü il və 25 oktyabr 2023-cü il tarixlərdə, 30 oktyabr 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə işdə olmamış buna görə də onun barəsində qeyd edilən əmrlər verilmişdir. Məhkəmə iclasında həmçinin o da aydın oldu ki, Cavabdeh2ndə 2023-2024-cü dərs ilində tarix fənni üzrə həftəlik dərs saatı 26 saat olmuşdur ki, onun da həftəlik dərs saatının 22 saatını İddiaçı, qalan 4 saatını isə digər müəllim tədris edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “f” bəndinə əsasən isə əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 118-ci maddəsinin, 1-ci hissəsinin “b” bəndinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Təhsil Haqqında Azərbaycan Respublikası Qanunun 36.6-cı maddəsinə əsasən təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir. Göründüyü kimi İddiaçı iddia tələbi əsassızdır. Onun iş vaxtını buraxmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Qanunlarının tələbləri baxımından ona əmək haqqı hesablanmamış və həftəlik dərs saatı ilə təmin edilmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı «Astara şəhəri 2 saylı tam orta məktəbinin 01 sentyabr 2023-cü il tarixli 135 saylı, 04 oktyabr 2023-cü il tarixli 164 saylı, 26 oktyabr 2023-cü il tarixli 178 saylı və 01 noyabr 2023-cü il tarixli 184 saylı əmrlərin ləğv edilməsi, qanunsuz olaraq kəsilmiş 5 dərs saatının bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-205/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-205/2024
08.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver