Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-242/2023 01.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru İsrafilzadə H.F. iddia verərək,:05 aprel 2021-ci il tarixli müqaviləyə əsasən XİAOMİ Saat 2 ədəd, Mİ Qulaqlıq 2 ədəd, REDMİ POWER BANK 2 ədəd üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə;13 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV, SONOROUS ASQİ üçün 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə;13 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən EGE TV STEND üçün 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə;19 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********27325 XİAOMİ REDMİ 9T markalı telefon üçün 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə; ümumilikdə 1164 (min yüz altmış dörd) manat borc və 31 (otuz bir) manat 64 (altmış dörd) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 05 aprel 2021-ci il tarixli, 13 noyabr 2020-ci il tarixli, 13 noyabr 2020-ci il tarixli, 19 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Saat 2 ədəd, Mİ Qulaqlıq 2 ədəd, REDMİ POWER BANK 2 ədəd almış və nəticədə 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu yaranmışdır. SAMSUNG LED TV, SONOROUS ASQİ üçün 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu yaranmışdır. EGE TV STEND üçün 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə borcu yaranmışdır. İmei Kodu **********27325 XİAOMİ REDMİ 9T markalı telefon üçün 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1261 (min iki yüz altmış bir) manat 50 (əlli) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən XİAOMİ Saat 2 ədəd, Mİ Qulaqlıq 2 ədəd, REDMİ POWER BANK 2 ədəd almışdır. İş materiallarına əlavə olunmuş 13 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən SAMSUNG LED TV, SONOROUS ASQİ almışdır. İş materiallarına əlavə olunmuş 13 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən EGE TV STEND almışdır. İş materiallarına əlavə olunmuş 19 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********27325 XİAOMİ REDMİ 9T markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın 05 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 360 (üç yüz altmış) manat əsas, cərimə 36 (otuz altı) manat, 13 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 13 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 19 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 1164 (min yüz altmış dörd) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın 05 aprel 2021-ci il tarixli, 13 noyabr 2020-ci il tarixli, 13 noyabr 2020-ci il tarixli, 19 fevral 2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 13 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə, 13 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 19 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 1137 (min yüz otuz yeddi) manat borc, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-242/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-242/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver