Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-270/2025 03.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşı tərəfindən Astara rayonu, Təngərüd kəndində yazılmış 141641 saylı aktın etibarsız hesab edərək əsassız hesablanmış 461,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Astara rayonu, Təngərüd kəndində yaşayır. Yaşadığı evə X2 tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Həmin sayğac **********00058 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. O vaxtdan indiyə qədər hər ay istifadə etdiyi işığa görə borcu vaxtında ödəmişdir. Bu vaxta qədər hər hansı borcun olması barədə ona heç bir məlumat verilməmişdir. Onun xəbəri olmadan 15 iyun 2019-cu il tarixdə barəsində 141641 saylı akt tərtib edilmiş və ona 461,80 manat cərimə yazılmışdır. Həmin akta əsasən guya həyətində təsərrufat işləri görən zaman kənar xətt vasitəsilə dəmirkəsən alət işlətdiyi qeyd edilmişdir. Halbu ki, həmin dövrdə açıq ürək əməliyyatı keçirmişdir. Aktın tərtib olunmasından 2024-cü ilin noyabr ayında məlumatı olmuşdur. Akt və onun əsasında tərtib olunmuş cərimə əsassızdır. Belə ki, hal hazırda 70 yaşı var, İİ qrup əlildir, ağır iş görmək ona qadağandır, ümumiyyətlə dəmir kəsən alətdən heç vaxt istifadə etməmişdir. Hər ay normal həcmdə işıq sərfiyyat edib və ödənişləri vaxtı-vaxtında ödəmişdir. Bütün bunları nəzərə alıb 141641 saylı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 461,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X1 nümayəndəsi tərəfindən 15 iyun 2019-cu il tarixli 141641 saylı aktdan görünür ki, İ.Tarverdiyev, T.Babayev, Ə.Məmmədov, İddiaçı adları sözügedən aktda qeyd olunsada həmin akta onlar imza etməmişlər. İş materiallarında olan 25 iyun 2019-cu il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbələr barədə arayışdan görünür ki, Astara rayonu, Təngərüd kənd sakini İddiaçı 461.80 manat borcu qeyd olunmuşdur. İş materiallarında olan abunə haqqında hesabatdan görünür ki, İddiaçı işıq sərfiyyat ilə bağlı olan ödənişləri hər ay vaxtında etmişdir. Lakin abunə haqqında hesabatın 3-cü səhifəsindən görünür ki, 08 iyul 2019-cu il tarixdə onun üçün 461,80 manat ona borc yazılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud cavabdehin cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1 və 7.3-cü bəndlərində qeyd edilir ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, Liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində X1 əməkdaşları tərəfindən tərtib edilmiş 15 iyun 2019-cu il tarixli 141641 saylı aktda Elektrik Şəbəkəsinin əməkdaşlarının imzalarının olmaması, bundan əlavə iddiaçının yaşayış yerində elektrik sayğacından kənar xəttdən istifadə etməsi barədə heç bir sübut, yəni foto və ya video çəkilişin olmaması və bu cür sübutlara həmin aktda istinad edilməməsi məlum olur. Bu səbəbdən məhkəmə Azərişıq” ASC- tərəfindən yazılmış cərimənin əsassız olduğu qənaətinə gəlir. Məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilməmişdir, eləcə də, işıq sayğacı üzərində kənar müdaxilə və əlavə xəttin mövcud olması sübut edilməmişdir. Məhkəmə hesab edir ki, iddianın xx.xx.2019-cu il tarixli 141641 saylı aktın ləğv edilməsi hissəsi əsssızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus Astara rayon, Təngərüd kəndində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00058) hesablanmış 461,80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-270/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-270/2025
03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver