Məhkəmə qərarları › İş №2(018)-283/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-283/2025

05.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-283/2025 05.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştiraklı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsilə müraciət edərək, Azəriqaz İstehsalat İB-nin Lənkəran rayon Regional şöbəsının əməkdaşları tərəfindən Akt № ******* saylı 2023-cü il tarixli akta əsasən müəyyən olunmuş 600 manat məbləğində borcun qanunsuz hesab edilməsi və silinməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2023-cü il aprel may aylarında qaz sayğacında problem yarandığına görə 500-600 manat yaxın əlavə borc yaranmışdır Mən həyat yoldaşımla birlikdə yaşayınq. Həmin vaxtı oğlum və nəvələrım başqa yerdə yaşayırdılar. Bu görə də bu məbləğdə qazın istısamrı mümkün olmadığını bilib Astara rayon Qaz idarəsinin mütəxəssilərinə müraciət etdim. Onlar da gəlib baxış keçirib sayğacın düz işləməməsini, normadan çox ışləndiyini, təqribən müəyyənləşdırdilər O bırı sayğacı laboratoriyaya göndərdilər Başqa təzə sayğac ilə əvəz etdilər. Mən dəfələrlələ bütün aidiyyah qurumlara məktubla müraciət etsəmdə həmişə də X9 İstismarı İdarəsinın rəisı Namiq Məmmədov tərəfindən mənə cavab yazılırdı. Sayğacda olan problem haqqında 1 ildən sonra ona cavab verildi ki, bu sayğacda problem olmayıb Əgər sayğacda problem yox idisə, niyə onu yenisi ilə əvəz etdilər. Qaz sayğacı dəyişdirildikdən sonra yenədə bizim sərfiyyatımız 12-13 manata düşmüşdür. Odur ki, Azəriqaz İstehsalat İB-nin Lənkəran rayon Regional şöbəsının əməkdaşları tərəfindən Akt № ******* saylı 2023-cü il tarixli akta əsasən müəyyən olunmuş 600 manat məbləğində borcun qanunsuz hesab edilməsi və silinməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan iclasın keçirilməsinə etiraz etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X4 dinləyib, Cavabdeh nümayəndəsi X1 ərizəsini, iş materiallarını tam , hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan **********01950 nömrəli abonent istehlakçı İddiaçı aid abonentin saldosu sənədinin surətindən görünür ki, GCZ0030918 nömrəli qaz sayğacı ilə bağlı№ ******* saylı 2023-cü il tarixli akta əsasən hər hansı bir cərimə məbləğinin hesablanması qeyd edilməmişdir. İş materillarına əlavə edilmiş Astara RİHB-nın Siyəkü kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 819 saylı arayışından görünür ki, Zaidov X8 rayonu, Siyəkü kəndində yaşayır. İş materialında olan xx.xx.2025-ci il tarixli, AR-İİİ№ 592702 saylı etibarnamə sənədindən görünür ki, etibarnamə sənədində qeyd edilən hüquqların həyata keçirilməsi İddiaçı tərəfindən X5 etibar edilmişdir. İş materillarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.3-cü maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar