Məhkəmə qərarları › İş №2(018)-288/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-288/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-288/2023 24.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh 396 (üç yüz doxsan altı) manat əsas borc, 40 (qırx) manat cərimə borcu və 30 manat dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış R0033250 saylı 02 mart 2022-i il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 527 manat olan X1 Pro markalı əşyanı 12 ay müddətinə, hər ay 44 manat ödəmək şərti ilə öhtəsinə götürmüşdür. Cavabdeh həmin nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, Cavabdeh 396 (üç yüz doxsan altı) manat əsas borc, 40 (qırx) manat cərimə borcu və 30 (otuz manat) manat dövlət rüsumunun alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 12 ay müddətinə, hər ay 44 manat ödəmək şərti ilə dəyəri 527 manat dəyərində X1 Pro markalı əşya verilmişdir.

2. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2022-ci il tarixli, nisyə alqı-satqı müqaviləsi üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 40 (qırx) manat cərimə borcu vardır.

3. Ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 40 manat cərimə borcu azaldılaraq 4 manat həddində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, ümumilikdə 400 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh 02 mart 2022-ci il tarixli, nisyə alqı-satqı müqaviləsi üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 4 (dörd) manat cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. 2.İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar