Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-313/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və "xxxx" Açıq Səhimdar Cəmiyyətinin X2rşı “ aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və "xxxx" Açıq Səhimdar Cəmiyyətinin X2rşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfındnə tərtib edilmiş 04 avqust 2023-ci il tarixli, R№051785 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1015.30 manat (bir min on beş manat otuz qəpik) borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə İddiaçı oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X5 iddia ərizəsində göstərmişdir ki, o, Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Hər bir vətəndaş kimi mən də aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrikenerjisindən istifadə edir. Lakin 2023-cü il avqust ayında “Azərişıq’' ASC- nin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonu, Şiyəkəran yerləşən fərdi dülgər sexinə aid **********5 nömrəli sayğaca baxış keçirmiş, sayğacın alt qapağ hissəsini qırılması ilə, 2-ci və 3-cü fazasında olan cərəyan şuruplarının açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi səbəbindən sayğacı açıb aparmışlar. Bu barədə 04 avqust 2023-ci il tarixli, R№051785 nömrəli akt tərtib edilmiş və 1015.30 manat (bir min on beş manat otuz qəpik) borc hesablanmışdır.Qeyd edirəm ki, mən sayğaca heç bir müdaxilö etməmişəm. Əsassız olaraq "xxxx" ASC tərəfindən 04 avqust 2023-ci il tarixli, R№051785 nömrəli aktda sayğacın sayğacın alt qapağ hissəsini qırılması ilə, 2~ci və 3-cü fazasında olan cərəyan şuruplarının açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi göstərilmişdir. Bunun nəticəsində isə_güya elektrik sayğacına müdaxilə olunduğu üçün itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 1015.30 manat ( bir min on beş manat otuz qəpik) dəymiş ziyan hesablanmışdır. Həmin akt imzası olmadan və onun iştirakı olmadan tərtib edilmişdir. Əlavə olaraq da qeyd etmək istəyir ki, o, istifadə etdiyi elekrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qeyd olunanlara əsasən bildirmək istəyir ki, elektrik sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da belə onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Tərəfindən elektrik sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın alt qapağ hissəsini qırılması ilə, 2-ci və 3-cü fazasında olan cərəyan şuruplarımn açılması, qriflərdən elektrik yükünün axması və sayğaca daxil olmuş 0 xəttini birbaşa qoşularaq sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsi müəyyən edilmədiyi halda ona əlavə borc hesablanmışdır. Azərişıq“ ASC-nin istehlakçının barəsində tədbir görməsi və istehlakçını məsuliyyətə cəlb etməsi kimi səlahiyyəti yoxdur. Buna görə də qeyd olunan akt tərtib edildiyi andan etibarsız əqddir.Cavabdeh Azərişıq ASC tərəfındnə tərtib edilmiş 04 avqust 2023-ci il tarixli, R№051785 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1015.30 manat (bir min on beş manat otuz qəpik) borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və "xxxx" Açıq Səhimdar Cəmiyyətinin X2rşı “ aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, R№051785 saylı aktın etibarsız hesab edilməsi, hesablanmış 1015.30 manat (bir min on beş manat otuz qəpik) borcun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumat üçün bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən E.E.İ.Q-nın tələblərinə uyğun olaraq abonent kodu **********5 olan İddiaçı elektrik təsərrüfatına baxış keçirən zaman E.E.İ.Q-nın pozulması faktları aşkar edilmiş və müvafiq akt tərtib edilmişdir. İddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur, Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərişıq” ASC-nin X8bəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, abonent kodu **********5 olan istehlakçı İddiaçı 04 avqust 2023-ci il tarixli, R№051785 saylı aktdan görünür ki, elektrik sayğacı yükü hiss etmir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı abonent kodu **********5 olan atası İddiaçı elektrik təsərrüfatına tərtib edilmiş 04 avqust 2023-ci il tarixli, R№051785 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta və qərara əsasən 1015.30 manat (bir min on beş manat otuz qəpik) borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və "xxxx" Açıq Səhimdar Cəmiyyətinin X8\bəkəsinə qarşı “ aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-313/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-313/2024
20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver