Məhkəmə qərarları › İş №2(018)-316/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-316/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-316/2023 06.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Şahin qızı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsinə” dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı MMC cavabdehlər Cavabdeh1 Şahin qızı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbi bir iddiada birləşdirmiş və iddia ərizəsini imzalayan E.Nəzərovun iddia ərizəsinin imza etməyə hüququnun olmasını təsdiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı MMC-nə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1,152.1.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Şahin qızı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “nisyə alqı-satqı müqaviləsinə görə verilmiş malların pulunun tələb edilməsinə” dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nə izah edilsin ki, iddia ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar