Məhkəmə qərarları › İş №2(018)-321/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-321/2023

06.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-321/2023 06.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Maraqlı şəxs notariusu C.Mircavadovun notariat hərəkətinin aparmaqdan imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarından şikayətini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Maraqlı şəxs notariusu C.Mircavadovun notariat hərəkətinin aparmaqdan imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Maraqlı şəxs notariusu C.Mircavadovun notariat hərəkətinin aparmaqdan imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarından şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmiş və dövlət rüsumunun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim etməmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı şikayətinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Maraqlı şəxs notariusu C.Mircavadovun notariat hərəkətinin aparmaqdan imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarından şikayəti və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, şikayətinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar