Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-360/2024 27.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Sım kəndində anadan olmuş xx.xx.1991-ci il təvəllüdlü X4 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Astara rayon Sım kəndində 15 fevral 1991-ci il tarixdə anadan olmuş X5 övladıdır. Qızı himayəsində yaşayır. O, anadangəlmə ağır dərəcəli əqli gerilik, ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Öz həyatı vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Ona bu xəstləliklərinə görə bütün xidmətləri o, göstərir. Qızı xəstəliklə əlaqədar Astara rayon X2 hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durur.Beləliklə qızı Lətifə Xalıqova xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti yoxdur, birinci dərəcəli əlildir, psixi qüsurlarına görə özünü idarə edə bilmir, hərəkətlərinin mənasını anlaya bilmir. Astara rayonu, Sım kəndində anadan olmuş xx.xx.1991-ci il təvəllüdlü X4 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB Pəlikəş Kənd İƏD üzrə nümayəndəliyinin 1716 № xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 rayon Sım kəndində yaşayır. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzinin arayışından görünür ki, xx.xx.1991-cü il təvəllüdlü Astara rayon Sım kənd sakini X1 RMX PHŞ-Polisklinika şöbəsinin nevroloji kabinetində aşağıdakı diaqnozla dispanser qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 750 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görədə X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli gərginliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 15 mart 2024-cü il tarixli 750 rəyini nəzərə alaraq, məhkəmə 15 fevral 1991-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 fevral 1991-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-360/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-360/2024
27.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver