Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-37/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X26 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.4 torpaq sahəsinin vərəsələr İddiaçı münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsi barədə, 01 noyabr 2021 -ci il tarixdə verilmiş 2V - 602 və 2V603 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş 25 noyabr 2021 - ci il tarixli ********** nömrəli Ryestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Miras qoyanlar X17 və X4 16 iyul 1935 -ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların X24, X18, X19, X10, X11, X25, Cavabdeh2 və X7 adlı səkkiz övladları olmuşdur.X21 17 mart 1998 - ci ildə öldükdən sonra həmin miras əmlakı arvadı X4 və onun övladları X24, X25 və Cavabdeh2 miras əmlakı faktiki olaraq qəbul edib, idarə etmişlər. Miras əmlakın idarə olunmasında faktiki iştirak etmişlər və bunu şəksiz nümayiş etdirmişlər. X8 adma şənədləşdirilmiş həmin ev və torpaq sahəsi X4 ilə birgə nikah dövründə alınmış torpaq sahəsi və tikilmiş evdir, ona görədə həmin torpaq sahəsi və ev onların birgə əmlakı sayılır.X4 30 avqust 2007 - ci ildə Astara şəhərində vəfat etmişdir. Süsən Əliyevə ölümündən qabaq 20 iyul 2000 - ci il tarixdə Astara rayon notariat idarəsində vəsiyyətnamə yazıb qoyaraq bildirmişdir ki, Astara şəhəri, Azadlıq küçəsi 53- də (indiki 60 saylı ev) yerləşən xüsusi yaşayış evimi oğlun X20 vəsiyyət edirəm. X9 vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, onda ehtiyyat vərəsə kimi evimi nəvəm İddiaçı vəsiyyət edirəm. Lakin miras qoyan Süsən Əliyeva vəfat etdikdən sonra vərəsələrdən biri Cavabdeh2 Cavabdeh1na ərizə verərək miras əmlak kimi ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik isinin açılmasına dair ərizə vermişdir. Həmin ərizədə o,özünü yeganə vərəsə kimi qeyd retdirmiş, vərəsələrin dairəsini düzgün göstərməmiş və bununlada digər vərəsələri miras əmlakdakı payından mərhum etmişdir.Hazırki Mülki iş üzrə X12 münasibətdə o, 17 mart 1998 - ci ildə öldüyü üçün 01 sentyabr 2000 - ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Mülki Məcəllənin (01 sentyabr 2000 - ci ilə qədər qüvvədə olan) 552 - ci maddəsində qeyd edilir ki, Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa - əndikdə, o, eləcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək -ır'iə ərizə verdikdə mirası qəbul etmiş sayılır. X1 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.4 torpaq sahəsinin vərəsələr İddiaçı münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsi barədə, 01 noyabr 2021 -ci il tarixdə verilmiş 2V - 602 və 2V603 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş 25 noyabr 2021 - ci il tarixli ********** nömrəli Ryestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zanman Cavabdeh2 iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək,iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, İddiaçı Cavabdeh2 və Astara rayonu Notarius Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətinin müəyyən edilərək vərəsələr arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, miras qoyanlar X17 və X4 16 iyul 1935 -ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların X24, X18, X19, X10, X11, X25, Cavabdeh2 və X7 adlı səkkiz övladları olmuşdur. Cavabdeh 1983-cü il tarixdə ailə qurmuş və ailə qurduğu xanım həmin evə gəlin gəlmişdir. X21 17 mart 1998 - ci ildə öldükdən sonra həmin miras əmlakı arvadı X4 və onun övladları X25 və cavabdeh- Cavabdeh2 faktiki olaraq qəbul edib, idarə etmişlər. Miras əmlakın idarə olunmasında faktiki iştirak etmişlər və bunu şəksiz nümayiş etdirmişlər. X25 1985-ci ildə Rusiya Federasiyasına köçmüş və həmin evdə cavabdeh, ailəsi və anası yaşamışdır. X8 adına şənədləşdirilmiş həmin ev və torpaq sahəsi X4 ilə birgə nikah dövründə alınmış torpaq sahəsi və tikilmiş evdir, ona görədə həmin torpaq sahəsi və ev onların birgə əmlakı sayılır. X4 30 avqust 2007 - ci ildə Astara şəhərində vəfat etmişdir. Həm atası , həm anası vəfat edəndən sonra onların yas mərasimlərini cavabdeh keçirmişdir. Onların sağlığı dövründə də cavabdeh uzun müddət onlarla yaşamış və sonradan həmin həyətədə özünə fərdi yaşayış evi tikərək ailəsilə ora köçmüş. Amma demək olar ki, onların günü elə atasına məxsus fərdi yaşayış evində keçib çünki, valideynləri ahıl yaşlarında olduqlarına görə onların qulluğa ehtiyacları olduqları üçün yoldaşı onların qulluğunda durmuşdur.Süsən Əliyevə ölümündən qabaq 20 iyul 2000 - ci il tarixdə Astara rayon notariat idarəsində vəsiyyətnamə yazıb qoyaraq Astara şəhəri, Azadlıq küçəsi 53- də (indiki 60 saylı ev) yerləşən xüsusi yaşayış evini oğlu X20 vəsiyyət etmişdir. X9 vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hər hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, onda ehtiyyat vərəsə kimi evi nəvəsi İddiaçı vəsiyyət etmişdir. Lakin burada maraqlı bir sual ortaya çıxır ki, həmin daşınmaz əmlak yəni fərdi yaşayış evi vəsiyyət edənin adına olmayaolmaya necə ola bilir ki, vəsiyyət edən bununla bağlı vəsiyyət edir? Həmin ev birgə nikah dövründə əldə olunsa da fərdi yaşayış evinin 1/2 hissəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi pay olaraq Süsən Əliyevaya, digər 1/4 hissəsi isə Süsən Əliyeva də daxil olmaqla vərəsələr arasında paylar müəyyən olunmalı idi. Bir növ hazırki vəsiyyətnamə qanunsuz olmaqla mülkiyyət hüququna qəsd kimi qiymətləndirilir. Belə ki, həmin yaşayış evində digər vərəsələrin də payı ola-ola bütövlükdə fərdi yaşayış evi vəsiyyət edilib. Yəni vəsiyyət qoyanın heç bununla bağlı heç bir subyektiv hüququ yoxdur. Bundan əlavə 2007- ci ildə vəsiyyət edən rəhmətə gedəndən sonra əmlakın vəsiyyət qoyulduğu şəxs yəni, İman Əliyev 2016-cı ilə kimi (2016-cı ildə rəhmətə gedir) vəsiyyət edilmiş əmlakın qəbul edilməsi istiqamətində heç bir addım belə atmır. Çünki, hələ İman Əliyevin sağlığı dövründə həmin evdə anası yaşayıb və anası rəhmətə gedəndən sonra həmin ev taktiki olaraq cavabdehin mulkiyyətində olub. Yəni, heç bir vərəsə həmin əmlakı faktiki qəbul etməyib. Qardaşı özü əgər sağlığı dövründə həmin əmlakla bağlı bir iddiası olsa idi, 9 il ərzində vəsiyyət edilmiş əmlakı öz adına rəsmiləşdirərdi. Lakin, nədənsə vəsiyyət edilmiş şəxs 2016-cı ilə kimi bununla bağlı heç bir hərəkət etmir və ehtiyat vərəsə kimi vəsiyyətnamədə adı qeyd olunmuş İddiaçı da əmlakın rəsmiləşdirilməsi ilə bağlı Notariat Konturuna müraciət etmir.xx.xx.2021-ci il tarixdə Astara Notariat Ofisinə ərizə ilə müraciət edərək atası X6 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və anam X3 miras qalmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş və həmin tarixdə də 2V-602 və 2V-603 saylı vərəsəlil şəhadətnamələrini almış. Bundan sonra da, həmin şəhadətnamələr əsasında xx.xx.2021-ci il tarixdə DƏDRX-dən müvafiq qaydada ********** saylı çıxarış almış.İddiaçı iddia ərizəsində ataları (ona münasibətdə babası) öləndən sonra guya onun atası İman Əliyevin də mirası faktiki olaraq qəbul etdiyini bildirmişdir. Lakin, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə yeganə sübut kimi babasından qalan ensklopediyanı qeyd etsə də həmin kitabın babasına məxsus olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir.Yuxarıda sadalanan normalar paylı mülkiyyətdə olan əmlakın bölgüsünün mexanizmini bizə çatdırır. Burdan da görünür ki, sözügedən ardıcıllıq olmadan əmlakın birbaşa satılmaqla əldə olunmuş pul məbləğinin bölünməsi qanunsuzdur. Həmin Məcəllənin 220.6~cı maddəsi də qeyd edir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun oimadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırki vəziyyətdə isə məhkəmə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********203-10301, qeydiyyat tarixi 25 noyabr 2021 ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,4 hektar torpaq sahəsinin orta bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir ki, bu da ki, MPM-nin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas sayılır. Çünki hələ vərəsəlik şəhadətnamələrinin və çıxarışın etibarlı olubolmadığına qiymət verilmədən məhkəmə artıq sözügedən yuxarıdakı ardıcıllığı belə gözləmədən artıq evin qiymətləndirilməsi qənaətinə gəlməklə dolayı yolla işin nəticəsində maraqlı olmasım açıqaşkar nümayiş etdirmişdir. Halbuki, qeyd olunan tələblərə bir icraatda baxılmasına qanunuvericiliyin tələbləri imkan vermir. Məhkəmədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 27 fevral 2016-cı ildə ölməsi barədə 01 mart 2016-cı il tarixli, 83 saylı aktla qeyd edilmişdir. İş materiallarında olan vəsiyyətnamədən görünür ki, X5 vəsiyyət edərək, X36 Abbasqulu oğlu vərəsəliyi qəbul etməkdən imtina edərsə və yaxud hansı bir səbəbdən vərəsəliyi qəbul edə bilməzsə, ehtiyyat vərəsə kimi nəvəsi İddiaçı verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tədbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və iddiaçının paylı mülkiyyətdə olan payını və naturada bölünməsini müəyyən etdirmədən paylı mülkiyyət olan yaşayış evini və torpaq sahəsinin qiymətinin müəyyən edib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini tələb edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tədbiq edilməsi qaydasına riayət etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-37/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-37/2024
20.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver