Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-379/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh olmasının müəyyən edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cü ildə evlənmişlər. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X7, xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə evliliyi uğurlu olmamışdır. Belə ki, cavabdehin günahı üzündən birgə yaşamaq mümkün olmadığından 2016-ci ildən boşanmışlar. Boşanmaq ərəfəsində o, hamilə olmuşdur və boşanandan sonra xx.xx.2017-ci il tarixdə X6 anadan olmuşdur. Bu səbəbdən Fərman adlı uşağları üçün aliment qət edilməmişdir. Odur ki, yalnız Fərman Məmmədzadənin saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasında 2024-cü ildə uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Mediasiyanın tətbiqi ilə əlaqədar Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sesiyası xx.xx.2024-cü il tarixdə saat 14:30-da keçirilmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Tərəfindən Mediasiya xərci olaraq 55 manat ödənilmişdir. xx.xx.2017-ci il təvəllüdlü X2 atası Cavabdeh olmasının müəyyən edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, İddiaçı tayır uzun müddətdir ki ailəvi dostdurlar. İddiaçı üç övladı var. Yaşca kiçik uşağın adı Fərmandır. Onun atası Cavabdehdur. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, şahid X3 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Astara rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 yanvar 2011-ci ildə bağlanıb Astara RİHB-ın Şahağacı kəndi üzrə icra nümayəndəliyinin nikahın bağlanması haqqında akt qeydləri kitanda 4 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2011-ci il təvəllüdlü X7 və 10 yanvar 2013-cü il təvəllüdlü X5 adında uşaqların İddiaçı tərbiyəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 noyabr 2016-cı il tarixdən başlayaraq bir uşaq üçün ayda 150 (yüz əlli) manat olmaqla hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Astara rayon Qeydiyyatşöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Şahağac kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonun Şahağac kəndində qeydiyyatda olmaqla orada yaşayır. Onun xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞL-01180 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı”na əsasən İddiaçı təyin olunmuş mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının MPM qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını maddi cəhətdən təmin etməyə borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşaq üçün qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Belə ki, İddiaçı uşağın atasının Cavabdeh olduğunu və məhkəmədən atalığın müəyyən edilməsi və ondan aliment tutulmasını tələb edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-379/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-379/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver