Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-388/2024 11.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3110 ( üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi tələbi barədə» mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3110 ( üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hec bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı «Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3110 ( üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi tələbi barədə» ərizəsi baxılmamış saxlanmalı və ərizə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı «Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3110 ( üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi tələbi barədə» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-388/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-388/2024
11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver